QAZ | |
---|---|
Janr |
komediya macəra müəmma |
Rejissor | İzzət Əzizov |
Ssenari müəllifi | Maarif Məmmədov |
Baş rollarda |
Rafael İsgəndərov — İsa Coşqun Rəhimov — Məlik |
Operator | İzzət Əzizov |
Bəstəkar | Gövhər Həsənzadə |
Rəssam | Nabat Səmədova |
İstehsalçı | "M" Films |
İlk baxış tarixi | 8 dekabr 2005, Bakı |
Filmin digər adı | Qeyri-adi zarafat |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 87,5 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2005 |
Texniki məlumatlar |
videofilm genişekranlı |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Məzmun
Film kifayət qədər ciddi problemlərə toxunur və tamaşaçını düşündürür. Film usandırıcı bir teatr tamaşasından bir parça ilə başlayır. İsa (Rafael İsgəndərov) ilə Məlikin (Coşqun Rəhimov) aktyor fədakarlığını görən köhnə aktyor yoldaşlarından biri Salamov (Ramiz Sərkərov) qrim otağına soxulur. O, indi imkanlı iş adamıdır. Dostlarını dəniz qırağına, yeyib-içməyə dəvət edir. Amma ertəsi gün o öz vədinə xilaf çıxır. Guya ki, vacib işi çıxdığına görə dostlarından üzr istəyir, iri bir tut arağı şüşəsini və bir qədər bazarlığı onlara verib, gedir. Dostlar dəniz sahilinə gəlir və burada möhkəmcə yeyib-içirlər. Onları yuxu aparır. Ayılanda paltarlarını görmürlər. Hər şey də bundan sonra başlayır. Əyinlərində tək alt paltarı qalmış dostlar kimə ağız açırlarsa, onlara kömək edən olmur. Əksinə, kömək əvəzinə onları qınayır, ittiham edirlər. Səhərəcən Bakı bağlarında gəzib-dolaşan, başlarına min bir gülünc hadisələr gələn dostlara heç kəs inanmır, hətta onları həbs etdirirlər. Buradan o yana yol isə psixi xəstələrin saxlandığı xəstəxanayadır. Yalnız burada, nəhayət onların dostu gəlib çıxır. Məlum olur ki, onların paltarını da elə o götürüb və bununla zarafat etmək, bəlkə də, onlara dərs vermək istəyib. Filmin adı da elə buradan yaranır: "QAZ"- Qeyri-Adi Zarafat.
Film haqqında
- Film rejissor İzzət Əzizovun bədii kinoda ilk müstəqil işidir.
- "Natura" — təbiət çəkilişləri filmdə uğurlu alınmışdırsa da, "pavilyon"- otaq çəkilişlərində səs və işıq effektsizliyi özünü göstərir. Təkcə baş rolları ifa edən aktyorlar nisbətən təbii ifa tərzi ilə fərqlənirlər. Digər aktyorlar, xüsusən də xəstəxananın psixiatrı rolunu ifa edən xalq artisti Telman Adıgözəlov burada yalnız teatr aktyoru kimi və çox zəif rol ifa edir. Filmin musiqisi də çox zəifdir və sanki heç yoxdur. Halbuki musiqi filmə bədii effektlər verən ən mühüm amillərdəndir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Maarif Məmmədov
- Quruluşçu rejissor: İzzət Əzizov
- Quruluşçu operator: İzzət Əzizov
- Quruluşçu rəssam: Nabat Səmədova (Nabat Məhərrəmqızı kimi)
- Rejissor: Elşən Heydərov
- Səs rejissoru: Rəşad Mustafayev
- Qrim rəssamı: İlqar Cəfərov
- Montaj edən: Fariz Əliyev
- Rejissor assistenti: Qurban Həsənov, Cəmilə Məmmədova
- Operator assistenti: İlkin Umudov
- İşıq rəssamı: Adil İslamzadə, Tərlan Qafarov
- Səs operatoru: Əli Abbas Qasımov (Əliabbas Qasımov kimi)
- Mahnının müəllifi: Gövhər Həsənzadə
- Sürücü: Vüqar Məmmədov
- Prodüser: Əfqan Yusifov, Ramiz İsrayilov
- Filmin direktoru: Mahmud Əhmədov
Rollarda
- Rafael İsgəndərov — İsa
- Coşqun Rəhimov — Məlik
- Sədaqət Məmmədova
- Ramiz Sərkərov — Salamov
- Kəmalə Hüseynova — alıcı
- Allahverdi Yolçuyev — polis rəisi
- Elman Rəfiyev — imkanlı oğlan
- Könül Yusifqızı
- Telman Adıgözəlov — baş həkim
- Qorxmaz Əlilicanzadə — Səlim, bağ sahibi
- Lətifə Əliyeva — ruhi xəstə
- Elnur Abbasquliyev — ruhi xəstə
- Ceyhun Dadaşov — ruhi xəstə
- İqrar Salamov
- Vüsal Mehrəliyev
- Dilarə Mirzəbəyova
- Nizami Əlizadə
- Elvin Hacıyev
- Gülya Səlimova
- Səba Abbasova
- Rövşən Dadaşov
- Aybəniz Əhmədova
- Müşfiq Əliyev
- Rasəf Mehdiyev
- Ellada Mustafayeva
- Nuranə Əhmədova
- Rauf Şahsuvarov — ruhi xəstə
Sponsorlar
- "Putinka" içkisi
- "RUS" şirkəti
- Texnikabank
Çəkilişə kömək edənlər
- Əlikram Əliyev
- Eldəniz Əliyev
- Hüseyn Zeynalov
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.