Qərənfil Quliyeva ( 13.09.1964 , Bum, Qəbələ rayonu) — əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentidir.[2]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Bağla
- 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur.
- 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri işləmişəm.
- 1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2012-ci ildən Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Hazırda “Kaspi”, “Ədalət” qəzetlərində və “İşıq”, “Füyuzat” jurnallarında məqalələri daima çap edilir.[2]
BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosent Qərənfil Quliyeva İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.
Seçilmiş məqalələri
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistika ( 1918-1920-ci illər). BDU-nun Xəbərlər toplusu. Bakı, 2008
- Milli tərəqqi naminə. BDU-nun Xəbərlər toplusu.B., 2007
- "Bəsirat" qəzeti haqqında. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Filologiya məsələləri" jurnalı. Bakı, 2007
- Mətnşünas alim. AMEA. "Filologiya məsələləri", Bakı, 2013
- Ədəbiyyatşünas və mətbuatşünas alim. BDU, "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal, Bakı, 2013
- Mətbuatşünaslıq tariximizdən. BDU-nun xəbərləri. Humanitar elmlər seriyası, Bakı, 2015
- Azərbaycan mühacirət mətbuatının yorulmaz tədqiqatçısı. Abid tahirlinin biblioqrafik göstəricisi kitabında məqalə. Bakı, 2015
- Mətbuatşünaslıq tariximizdən.( M.B.Məhəmmədzadənin tədqiqatları əsasında). AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun "Ədəbiyyat" məcmuəsi, Bakı, 2015
- Mətbuatşünasılq tariximizin problemləri. T. Şevçenko adına Kiyev Milli Universiteti, "Dil və mədəniyyət" elmi jurnalı, Bakı, 2015
- Vətənin və millətin şəhid şairi. "Füyuzat" ədəbi, siyasi, ictimai jurnal, Bakı, 2015
- Dahinin istəyi, qələmin qüdrəti. Elmi-publisistik məqalələr toplusu. Bakı, 2015
- Sovet dövrü tədqiqatlarda mətbuatşünaslığın metodoloji prinsipləri. BDU-nun Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, № 3, 2016
- 1920-1930-cu illər sovet dövrü mətbuatşünaslığı. “Müasir medianın yaradıcılıq prinsiplərini milli mətbuata tətbiqi yolları” beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı. 2017
- Mətbuatşünaslıq tariximizdən. AMEA-nın Ədəbiyyat İnstitutunun “Ədəbiyyar” məcmuəsi. Elm və təhsil”, Bakı, “2017
- Nəsil davamı olmasa da amal davamçıları var. “Füyuzat”. №4 (96). Bakı, 2017
- The formation of Azerbaijani press studies. Milton Studies. Journal of the literary theory. Volume 60, 2. E-ISSN 2330-796X. USA, 2017
- “Mənim tənha söyüdüm”. Bakı, 1998
- “Düyünlər”. Bakı, 2003
- Düyünlər. Bədii publisistik əsər. Bakı, 2004
- Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər). Bakı, 2005
- “Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər)” I hissə. ADPU- nəşriyyatı. Bakı, 118 səh., 2005
- “Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər)” II hissə “Elm”. Bakı, 215 səh., 2011
- “Milli tərəqqiyə doğru” ADPU-nəşr. Bakı, 322 səh., 2013
- “Mətbuat-nicat yolu” ADPU-nəşr. Bakı, 291 səh., 2013
- “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı 1918-1920-ci illər. Bakalavr hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2008
- “Klassik publisistika və müasirlik”. Magistir hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2010
- “Füyuzat jurnalistikası” Bakalavr hazırlığı üçün. Bakı, BDUnəşriyyatı. 2014
- “Azərbaycan jurnalistikasının tədqiqi məsələləri” Bakalavr hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2014[2]