Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyə şəhərlərindən biri və əhali sıxlığına görə on səkkizinci şəhəri.
Qəhrəmanmaraş | |
---|---|
37°35′15″ şm. e. 36°56′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 67 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 344 |
Poçt indeksi | 46000 |
Nəqliyyat kodu | 46 |
Vikianbarda əlaqəli mediafayllar |
2016-cı il məlumatlarında əhalinin sayı 1.112.634 hesablanıb. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 aprel 1925-ci ildə şəhərə İstiqlaliyyət Medalı verildi. Şəhərin adı 7 fevral 1973-cü ildə Maraşdan Qəhrəmanmaraşa dəyişdirildi.
Osmanlı səyyahı Övliya Çələbi Səyahətnaməsində "Kelimatları lisanı Türkiyə" əsərində Maraş əhalisinin əksəriyyətinin türkmən olduğunu qeyd edib.[1] Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boyu mövcuddur.
Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla bir çox şəhərlərdə istifadə edilməyə başladı. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini ödəyir.[2]
Etimologiya
Erkən Dəmir dövrü və Het dövlət birliklərinin dövründə paytaxt şəhəri olaraq formalaşmışdı.[3] Luvilərin Kurkuma və assuriyalıların Markas adlandırdıqları bu şəhər onların məşhur, qədim, mərkəzi şəhəri olmuşdur.[4][5]
E.ə 711-ci ildə Assuriya tərəfindən fəth edilərək rəsmi adı Markas olaraq dəyişdirilmişdir.[5][6]
Təkir vadisindəki Döngəl kəndindəki mağaralarda aparılan araşdırmaların nəticələrinə görə, bölgədəki insan məskənləri yuxarı paleolitdə başlamışdır və Neolit, Eneolit və Erkən Tunc Çağına qədər davam etdiyi göstərilir. 2009-cu ildə Qəhrəmanmaraşın mərkəzində aparılan qazıntılar zamanı qədim Almaniyanın 300–400 ilə qədər yaşı olan bəzi mozaikaları aşkar edilərək, onlar üzərində arxeoloji işə başlanılmışdır.[7]
Assuriya yazılarında Markas kimi tanınan bu şəhər mərkəz olaraq qeyd edilirdi. Daha sonra farslar, romalılar, bizanslılar, ərəblər, səlcuqlar, məmlüklər, dülqədiroğulları və osmanlılar bu şəhərə maraq göstərdilər.
Şəhər XI əsrin sonunda Anadoluda yerləşən türklərin suverenliyi altında birləşdi. 1243-cü ildə Monqol işğalına tuş gələn Maraş, II Anadolu bəylikləri dövründə Dülqədiroğullarının oldu. 12 iyun 1515-ci ildə Turnadağ Müharibəsi ilə Osmanlı suverenliyi altına keçən Maraş, 1515–1919-cu illər arasında Osmanlı suverenliyində qaldı. Sülh dövründə, ilk növbədə ingilislər, sonra isə fransızlar tərəfindən işğala məruz qaldı.
Müstəqillik uğrunda müharibə dövrü
İstiqlal Müharibəsində Qəhrəmanmaraşın yeri, Türk-Fransız Cəbhəsi və Maraş Müdafiəsi yazısında daha ətraflı izah edilir.
Respublika dövrü
2012-ci ildə çıxarılan 6360 saylı qanun ilə Qəhrəmanmaraşda sərhədləri mülki sərhədlər olan böyük şəhər bələdiyyəsi quruldu və 2014-cü ildə Türkiyə yerli seçkilərinin ardından böyük şəhər bələdiyyəsi işlərinə başladı.[8]
Coğrafiya
Qəhrəmanmaraş Ahir dağının ətəklərində tikilmişdir. Beləliklə, şəhər mərkəzi qabarlıdır. Şəhər mərkəzindən kənar bəzi bölgələr düz, lakin çoxu isə qeyri-bərabərdir. Qəhrəmanmaraşda iqlim quruluşu digər bölgələrdən fərqlidir. Qəhrəmanmaraşın iqliminə görə vilayət xəritəsində onu üç bölgədə yerləşdirdilər. Dəyişən iqlimi olsa da burada əsasən Aralıq dənizinin iqlimi üstünlük təşkil edir. Qəhrəmanmaraş, Aralıq dənizinin şəhər mərkəzində yerləşir.
Əhali
Qəhrəmanmaraşın əhalisi 1.112.634 (2016) nəfər olub, ərazisi isə 14,520 km²-dir. Hər il əhalinin artımı tezliyi 1,46%-dir.
türk. TÜİK (Türkiyə İstatistik Kurumu) məlumatlarına görə 2016-cı ildə burada 11 mahal və bələdiyyə, eyni zamanda 693 məhəllə var idi.
Qəhrəmanmaraş illərə görə əhalisin sayı | ||||
---|---|---|---|---|
Yıl | Toplam | Sıra | Əvvəlki siyahıyaalma ilə müqayisədə dəyişiklik | Vilayət və rayon mərkəzləri, Şəhər, kənd və qəsəbə |
1965[9] | 438.423 | 30 | %24 105.090 333.333 %76 | |
1970[10] | 528.982 | 26 | %21 | %31 165.056 363.926 %69 |
1975[11] | 641.480 | 22 | %21 | %34 220.710 420.770 %66 |
1980[12] | 738.032 | 19 | %15 | %38 281.382 456.650 %62 |
1985[13] | 840.472 | 18 | %14 | %41 342.428 498.044 %59 |
1990[14] | 892.952 | 19 | %6 | %46 407.215 485.737 %54 |
2000[15] | 1.002.384 | 18 | %12 | %53 536.007 466.377 %47 |
2007[16] | 1.004.414 | 18 | %0 | %58 584.726 419.688 %42 |
2008[17] | 1.029.298 | 18 | %2 | %58 598.471 430.827 %42 |
2009[18] | 1.037.491 | 18 | %1 | %58 605.531 431.960 %42 |
2010[19] | 1.044.816 | 18 | %1 | %61 636.828 407.988 %39 |
2011[20] | 1.054.210 | 18 | %1 | %62 656.783 397.427 %38 |
2012[21] | 1.063.174 | 18 | %1 | %64 675.589 387.585 %36 |
2013[22] | 1.075.706 | 18 | %1 | %100 %0 |
2014[23] | 1.089.038 | 18 | %1 | %100 %0 |
2015[24] | 1.096.610 | 18 | %1 | %100 %0 |
Cari Əhali dəyərləri
Qəhrəmanmaraş əhalisi: 1.144.851 (2017 sonu). Vilayətdə hər kv.km-ə 79 nəfər düşür. (Ən yüksək sıxlığı olan mahal: Dülqədiroğlu 190 nəfər) İl daxilində illik əhali artım tempi 1,53% təşkil etmişdir.
01 fevral 2019-cu il statistik məlumatlarına görə, 11 bələdiyyə və bu bələdiyyələrdə toplam 707 məhəllə var.
Əhali artımı ən yüksək və ən aşağı bölgələr: Göksun (8,47%) — Dülqədiroğlu (0,71%).
Əhali və rayonların artım templəri - Bələdiyyələrin, məhəllələrin, kəndlərin sayı - Şəhər və kəndlərin sayı və nisbətləri - kv.km-ə düşən insanların sayı | ||||||||||
Rayon | Əhali
2018 |
Əhali Artımı % | Bələdiyyə
sayı |
Məh.
sayı |
Şəhər
əhalisi |
Kənd sayı | Kənd
əhalisi |
Şəhərli % | Sahəsi km2 | Sıxlıq |
Afşin | 81.423 | 0,39 | 1 | 66 | 81.423 | 0 | 0 | 100,00 | 1.502 | 54 |
Andırın | 33.193 | 0,59 | 1 | 57 | 33.193 | 0 | 0 | 100,00 | 1.202 | 28 |
Çağlayancerit | 23.346 | 1,39 | 1 | 16 | 23.346 | 0 | 0 | 100,00 | 470 | 50 |
Dülqədiroğlu | 222.938 | -0,71 | 1 | 103 | 222.938 | 0 | 0 | 100,00 | 1.176 | 190 |
Ekinözü | 11.839 | 3,09 | 1 | 21 | 11.839 | 0 | 0 | 100,00 | 656 | 18 |
Elbistan | 142.548 | -0,16 | 1 | 93 | 142.548 | 0 | 0 | 100,00 | 2.201 | 65 |
Göksun | 55.985 | 8,47 | 1 | 71 | 55.985 | 0 | 0 | 100,00 | 1.942 | 29 |
Nurhak | 12.592 | 3,86 | 1 | 15 | 12.592 | 0 | 0 | 100,00 | 1.028 | 12 |
Onikişubat | 418.379 | 2,55 | 1 | 137 | 418.379 | 0 | 0 | 100,00 | 2.429 | 172 |
Pazarcık | 68.838 | 1,04 | 1 | 84 | 68.838 | 0 | 0 | 100,00 | 1.253 | 55 |
Türkoğlu | 73.770 | 2,64 | 1 | 44 | 73.770 | 0 | 0 | 100,00 | 660 | 112 |
Qəhrəmanmaraş | 1.144.851 | 1,53 | 11 | 707 | 1.144.851 | 0 | 0 | 100,00 | 14.520 | 79 |
İqtisadiyyat
Qəhrəmanmaraşda iki rəsmi və iki xüsusi mütəşəkkil sənaye zonası var. Xüsusilə tekstil və toxuculuq sənayesində Türkiyə və Yaxın Şərqdə əsas mərkəzlərdən birinə çevrilmişdir. Sənaye zonalarının təsis edilməsi üzərndə işlər davam etdirilir. Tomsuklu ərazisində açılmalı olan yeni sənaye zonası təxminən 2500 ha genişliyində ərazini əhatə etməli idi və bu böyüklüyü ilə Türkiyənin ən böyük sənaye zonası olacaq.[25]
Su anbarları və Su Elektrik Stansiyalar
Mədəniyyət və Turizm
Qəhrəmanmaraş sərhədləri içərisində Uludaz Təpəsi Türkiyədə ən böyük Parabüzən koloniyası ilə məşhurdur. Bu yer Qəhrəmanmaraşın cənubunda, şəhər mərkəzindən 65 km. 2.259 m məsafədədir. Hündürlükdəki Uludaz təpəsi buludlarla örtülmüş zirvəsində sürü halında görülən Türkiyədə uğur böcəkləri adlanan parabüzənlər təbiət turizmi kimi hər il minlərlə turistin diqqətini çəkir.[32] 2007-ci ildən həvəskar alpinistlər, peşəkar alpinist klubları və bələdiyyənin dəstəyi ilə Uludaz Uğur Böcəkləri Festivalı təşkil olunur.[33]
Mətbəx
Qəhrəmanmaraş ən çox öz dondurması ilə məşhurdur. Bundan əlavə Maraş çörəyi də mətbəx mədəniyyətində xüsusi yer tutur.[34] Ümumiyyətlə mətbəxinin özünəməxsus zənginliyi, müxtəlif ədavaların, yağların və digər yeyinti məhsullarının istehsalına görə fərqlənən Qəhrəmanmaraş öz mətbəxinin nümayişi üçün ara-sıra həm Türkiyədə yerli, həm də xarici sərgilərdə yer alıb.[35]
Ədəbiyyat
Qəhrəmanmaraş, dünyadakı ən əhəmiyyətli ədəbi və ədəbiyyata ən çox töhfə verən şəhərlərdən biridir və Türkiyədə şeir və şairlərin paytaxtı olaraq da tanınır. Son dövrlərdə Qəhrəmanmaraşda başlayan Şeir Festivallarında şair və yazıçılar öz şeir əsərlərini təqdim edir və ölən Qəhrəmanmaraş şairlərini yad edirlər. Nəhayət TRT və Qəhrəmanmaraşdan olan millət vəkillərinin dəstəyi ilə Qəhrəmanmaraşda TRT-dən yayımlanan iki mövsüm "ing. Seven Beautiful Men" filmi çəkildi. Film eyni illərdə Maraşda oxuyan və türk ədəbiyyatının 1960–80-ci illərini qeyd edən yeddi şair və yazıçıdan ibarət hekayəni izah edir.[36]
Şivə
Türkcənin Qəhrəmanmaraş vilayətində istifadə olunan şivəni Prof. Dr. Leyla Karahanın Anadolu şivələri təsnifatında Qərb qrupuna aid olunur.[37]
İdarə
- Vilayətlər
İnfrastruktur
Nəqliyyat
Qəhrəmanmaraş, Aralıq dənizi bölgəsinin şərqində yerləşir və həm torpaq, həm də dəmiryol nəqliyyatı ilə Cənub və Aralıq dənizindən həm şərqə, həm də şimala olan yolları birləşdirən əhəmiyyətli bir nöqtədir.
Şəhərin mərkəzində bir çox şəhərlərə gediş gəlişi təmin edən avtobus terminalı yerləşir. Yeni avtobus terminalı şəhər mərkəzindən 4 km məsafədədir.
Dəmiryolu nəqliyyatı Qəhrəmanmaraş qatar stansiyası tərəfindən təmin edilir.
Türk Hava Yolları həftənin hər günü Qəhrəmanmaraş və İstanbul (Atatürk Havalimanı) arasında gündə bir dəfə uçuş təşkil edir. THY ile birlikte PEGASUS havayolları, İstanbul (Sabiha Gökçen Havalimanı) ve Qəhrəmanmaraş arasında həftədə 4 gün uçuşlar edilir. Bundan başqa, Anadolu Jet və Ankara-Qəhrəmanmaraş hər gün birbaşa uçuşlar təşkil edir.
Yerləşmə
Yer məlumatları cədvəli
Yer məlumatları | |||||
ilçe | Təqdimat ili[38] | Ərazi km² | Hündürlük mt. | Şəhər Mərkəzi[39] | Yollara çatmaq[39] |
Afşin | 1944 | 1.502 | 1.237 | 143 | −19 => 46–02 |
Andırın | Cumh.önce | 1.202 | 1.047 | 81 | −04 => 46–51, 46–78 |
Çağlayancerit | 1987 | 470 | 1.103 | 64 | −04 (K.maras) => 46–01, −03 => 02–57 |
Dülqədiroğlu | 2012 | 1.176 | 538 | 3 | -K13 => −01 |
Ekinözü | 1990 | 656 | 1.282 | 174 | −19 (Elbistan) => 46–07 |
Elbistan | Cumh.önce | 2.201 | 1,139 | 158 | −19, 46–07 |
Göksun | Cumh.önce | 1.942 | 1.347 | 89 | −03, −19, 46–78 |
Nurhak | 1990 | 1.028 | 1.401 | 201 | −20 => 46–03 |
Onikişubat | 2012 | 2.429 | 558 | 5 | −04 |
Pazarcık | Cumh.önce | 1.253 | 750 | 46 | −02 |
Türkoğlu | 1960 | 660 | 488 | 23 | −04, −01 |
Qəhrəmanmaraş | Cumh.önce | 14.520 | 562 |
İdman
2017–2018 mövsümünün sonunda Qəhrəmanmaraş İdman A. Ş. 2. Liqada 11-ci yeri tutdu. Voleybol liqalarında 2 komanda var.
Əhəmiyyətli idman stadionları: 12 Fevral Stadionu (14.600), Osman Sayın İdman Salonu (1.000), Vestpark Karakucak Güləş sahəsi (2.500), 12 Fevral Üzmə Hovuzu (750).
Qardaş şəhərlər
Qalereya
- Domuztepe
- Qəhrəmanmaraş Böyük Məscidi
- Qəhrəmanmaraş şəhər mərkəzi
- Trabzon küçəsi
- Göksun Çayı
- Göksun Çayı üzərində bir körpü
- Sütçü İmamın məzarı
- Qəhrəmanmaraş Bağlı Çarşısı
Həmçinin baxın
- Maraş Müdafiəsi
- Qəhrəmanmaraş dondurması
- Eshab-ı Kehf
- Qəhrəmanmaraş qalası
- Qəhrəmanmaraşda Hadisələr
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.