Qırmızı Bazar
Xocavənd rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Xocavənd rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Qırmızı Bazar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Qırmızı Bazar | |
---|---|
39°40′33″ şm. e. 46°56′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 670 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsəbə keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən Mavaş, Sixtoraşen, Bilbilyak, Şixer və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.[2]
Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi. Qarabağ müharibəsi başladıqda qəsəbə erməni separatçılarının nəzarətində idi. Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat uğursuzluqla nəticələnib.[3] Müharibə nəticəsində qəsəbə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalıb. Birinci Qarabağ müharibəsində kəndin 40 nəfər erməni sakini öldürülüb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı qəsəbədə ciddi dağıntılar baş verib, təxminən 120 ev döyüşlər nəticəsində ziyan görüb. Müharibə zamanı Azərbaycan ordusu qəsəbənin bir kilometrliyinə qədər irəliləyib. Müharibənin nəticələrinə əsasən Qırmızı Bazar qəsəbəsi Rusiya sülhməramlılarının nəzarətinə verilib. Müharibədən sonra 2021-ci ildə qəsəbədə təxminən 800 nəfər əhali yaşayırdı.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Qəsəbə Köndələnçayın (Arazın qolu) sol sahilində yerləşir.
Siyahıyaalınma ili | ||||||
Ermənilər | 673 (98,7 %) |
▲1 075 (99,4 %) |
▲1 093 (99,2 %) |
▼977 (100 %) |
▲979 (100 %) |
▲1 010 (100 %) |
Azərbaycanlılar | 5 (0,7 %) |
▼3 (0,3 %) |
▬3 (0,3 %) |
▼0 (0 %) |
▬0 (0 %) |
▬0 (0 %) |
Ruslar | 3 (0,4 %) |
▼1 (0,1 %) |
▲4 (0,4 %) |
▼0 (0 %) |
▬0 (0 %) |
▬0 (0 %) |
Digərləri | 1 (0,1 %) |
2 (0,2 %) |
2 (0,2 %) |
0 (0 %) |
0 (0 %) |
0 (0 %) |
Cəmi | 682 (100 %) | 1 081 (100 %) | 1 102 (100 %) | 977 (100 %) | 979 (100 %) | 1 010 (100 %) |
1930-cu illərdə qəsəbəyə daxili su təchizatı şəbəkəsi çəkilib. Sovet dövründə burada şərab və yağ-pendir zavodu fəaliyyət göstərib. Qəsəbədəki şərab zavodu 2000-ci ildə fəaliyyətini bərpa edib. 2016-cı ildə ümumerməni "Hayastan" Fondunun vəsaiti hesabına burada bələdiyyə mərkəzi tikilib.
Sovet vaxtı qəsəbədə klub, kitabxana, kinoteatr və ATS fəaliyyət göstərib.[11]
Qəsəbədə məktəb və uşaq bağçası mövcuddur.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sovet vaxtı qəsəbədə xəstəxana mövcud olub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.