From Wikipedia, the free encyclopedia
Monetar siyasət (ing. Monetary policy) — zamanı iqtisadiyyat pul və onun alətləri vasitəsilə idarə edilir və tənzimlənir. Monetar siyasətdən XIX əsrlərin sonlarından etibarən istifadə edilməyə başlanılıb. Bu siyasət faiz dərəcəsinin iqtisadiyyata təsirinə əsaslanır və borc götürülən pulun qiymətini və pulun məcmu təklifini dəyişir. Monetar siyasət bunları idarə etmək üçün müxtəlif alətlərdən istifadə edir ki bu da iqtisadi artıma, inflyasiyaya, işsizliyə və məzənnəyə təsir göstərir[1]. Belə ki, əgər valyutanın buraxılışı bir mərkəzdən həyata keçirilirsə və ya iqtisadi subyektlər üçün pulu təmin edən bankların mərkəzi banka tabe olduğu nizamlama sistemi mövcuddursa, monetar siyasət (iqtisadi məqsədlərə çatmaq üçün) pul təklifini və faiz dərəcəsini idarə edir. 1970-ci ildən bəri monetar siyasət ümumilikdə fiskal siyasətdən ayrı həyata keçirilir[2]. Hətta bundan əvvəl Bretton Vuds sistemi də dövlətin iki siyasəti ayrılıqda formalaşdırımasını təklif edirdi[3].
Modern dövrdə əksər ölkələrdə monetar siyasəti həyata keçirən müstəqil qurumlar (ABŞ-də Federal Ehtiyatlar Sistemi, İngiltərə Bankı, Avropa Mərkəzi Bankı, Çin Xalq Bankı, Yeni Zellandiya Ehtiyat Bankı və Yaponiya Bankı) mövcuddur. Ümumilikdə bu qurumlar mərkəzi bank adlandırılırlar və adətən maliyyə sistemindəki əməliyyatların düzgün və səlis həyata keçirilməsinə məsuldurlar[4].
Bundan əlavə monetar siyasətin məqsədindən asılı olaraq aşağıdakı növləri var:
Monetar siyasətin əsas alətlərindən biri açıq bazar əməliyyatlarıdır[5]. Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarı idarə edilməsinə səbəb olur. Bütün bu əməliyyatlar zamanı az ya da çox həcmdəki valyuta bazar dövriyyəsindən çıxır və ya dövriyyəyə daxil olur[6]. Adətən qısa müddətli açıq bazar əməliyyatlarının səbəbi qısa müddətli faiz dərəcəsinə nail olmaqdır. Digər tərəfdən isə bu əməliyyatlar hər hansı xarici valyutada (və ya qızılda) xüsusi mübadilə dərəcəsini qoruyub saxlamağa xidmət edir. Monetar siyasətdə istifadə edilən digər əsas alətlərə isə aşağıdakılar daxildir:
Monetar siyasət likvidlik tələsində effektsizdir. İnflyasiya və faiz dərəcəsi sıfıra yaxın olduqda Mərkəz Bankı ənənəvi yollarla monetar siyasət həyata keçirə bilmir[7]. Bu zaman qeyri ənənəvi üsullar tətbiq edir: dövlət istiqrazları almaqdansa, korporativ qiymətli kağızlar almaqla istehsalın artımını təmin edir ya da uzunmüddətli istiqrazlar alır və qısa müddətli istirazlarını satır[8].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.