Pseaşxo silsiləsi

From Wikipedia, the free encyclopedia

Pseaşxo silsiləsimap

Pseaşxo[1] (Pseaşxa) — Qərbi Qafqazda dağ silsiləsi. Krasnaya Polyana kəndindən 20 km məsafədə yerləşir. Uruşten, Malaya Laba, Pslux çaylarının yuxarı axarında, Qafqaz Təbiət Biosfer Qoruğunun ərazisindədir. Pseaşxo silsiləsi Krasnodar diyarının cənubunda, Baş Qafqaz silsiləsinin şimal-qərbində yerləşir.

Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Pseaşxo silsiləsi
rus. Псеашхо
Thumb
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3256 m
Əsas silsiləsi Qərbi Qafqaz
Yerləşməsi
43°43′50″ şm. e. 40°27′26″ ş. u.HGYO
Ölkə  Rusiya
Thumb
Pseaşxo silsiləsi
Pseaşxo silsiləsi
Thumb
Pseaşxo silsiləsi
Pseaşxo silsiləsi
Bağla

"Pseaşxo" adıgey dilindən "bol sulu dağlar" (adıq Псы— su və adıq Шха — baş, zirvə[2]) deməkdir. Bilindiyi kimi məhs bu dağların zirvələrindən çoxlu çaylar öz başlanğıcını götürür.[3] Çaylar əsasən buzlaq suları ilə qidalanır.

Coğrafiyası

Pseaşxo massivi qərbdə Pseaşxo aşırımı (2014 m) ilə əhatə olunmuşdur. Təxminən beş kilometr uzunluğunda və 500 metr enində olan bu vadi qədim buzlağın geoloji işi nəticəsində formalaşıb.

Bu aşırım vasitəsilə şimaldan Pseaşxodan, Baş Qafqaz silsiləsi ilə cənuba yol keçir. Məhz bu yolla 1835-ci ildə rus zabiti Baron Fyodor Tornau kəşfiyyat məqsədilə keçmişdir.[4]

Cənub-qərbdən Pseaşxo massivi Pslux çayının vadisi, şərqdən Malaya Laba və Çistaya çaylarının vadiləri, şimaldan Xolodnaya və Mramornaya çaylarının vadiləri ilə həmsərhəddir. Massivin cənub ucu Aişxa aşırımı (2401 m), şimal ucu Mramornı aşırımı (təxminən 2800 m) hesab edilir.

Pseaşxo massivi müxtəlif istiqamətdə uzanan silsilələrdən və zirvələri 2500 m-dən yüksək olan mürəkkəb bir sistemdir. Əsas massivdə aşağıdakı zirvələr fərqlənir:[3] Şimali Pseaşxo (3256,9 m) — massivin əsas zirvəsi; Cənubi Pseaşxo (3251,2 m) Nodovaya (3196 m), Qərbi Pseaşxo (2899,8 m).

Pseaşxo massivində 11 buzlaq var. Krasnodar diyarının ən böyük buzlağı Pseaşxo burdadır. Buzlaq kar-vadi tiplidir. Uzunluğu 3 km, sahəsi 1,5 km²-dir. Şimali Pseaşko zirvəsinin şimalında Mramornaya çayınının qidalandığı Mramornı buzlaqı yerləşir. Son onilliklərdə buzlaqların sahəsi azalır.

Turizm

Pseaşxo dağ massivi turistlər və alpinistlər arasında məşhurdur. Dağ zirvələrinə 1B-dən 3B-ə qədər müxtəlif çətinlik kateqoriyalı dırmaşma marşrutları var.[3]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.