28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüş From Wikipedia, the free encyclopedia
Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşü. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi. Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu.
Preveze dəniz döyüşü | |||
---|---|---|---|
Tarix | 28 sentyabr 1538 | ||
Yeri | Preveze | ||
Nəticəsi | Osmanlı qələbəsi | ||
Ərazi dəyişikliyi | Adriatik dənizi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1537-ci ildə böyük bir Osmanlı donanmasına başçılıq edən Xeyrəddin Barbarossa Venesiyadan Egey və İon dənizlərində olan Siros, Egina, İos, Paros, Tinos, Kerpe, Kasos və Naksan adalarını alaraq Naksan çarlığını Osmanlı torpaqlarına qatdı. Daha sonra yenə venesiyalıların əlində olan Korfu adasını mühasirəyə aldı və o dövrdə İspaniya torpağı olan Kalabriya sahillərini viran etdi. Bu təhdidə görə Papa III Pavel 1538-ci ilin fevralında, Xeyrəddin Barbarossanı dayandırmaq üçün İspaniya, Venesiya respublikası, Genuya respublikası, Vatikan və Malta cəngavərlərinin qüvvələrindən Müqəddəs Birlik adını verdiyi bir səlibçi donanması formalaşdırdı[3].
Xeyrəddin Barbarossanın əmri altında 122 qalera və karavella ilə 12000 əsgər vardı. Müqəddəs Birlik donanması isə 112 qalera, 50 karavella və 140 qayıq olmaqla, 300 yarım (bəzi mənbələrə görə 600 yarım) parça idi və 60000 əsgəri daşıyırdı. Səlib donanmasının komandiri, o dövrdə Müqəddəs Roma imperatoru V Karlın xidmətində olan genuyalı admiral Andrea Doria idi[3].
Müqəddəs Birlik donanması Korfu adası yaxınlarında toplandı. Admiral Marko Qrimaninin tabeliyindəki Vatikan donanması və Vinçenzo Kapellonun tabeliyindəki Venesiya donanması ilk gələnlərdi. 22 sentyabr 1538-ci ildə Andrea Doria ispan-Genuya donanması ilə onlara qatıldı. Doria çatmamışdan əvvəl Qrimani öz qüvvələrini Preveze qalası yaxınlığında quruya çıxarmağı sınadı. Ancaq Osmanlı qüvvələriilə ardarda bir neçə dəfə qarşılaşaraq itki verdiyi üçün Korfuya geri çəkildi. O əsnada Xeyrəddin Barbarossa hələ Egeydəki İstanköy Adasındaydı. Ancaq o da Osmanlı donanmasının geri qalanıyla birlikdə lövbər saldı və yolu üzərindəki Kefaloniya adasını ələ keçirdikdən sonra Prevezeyə çatdı.
Sinan Rəis Xeyrəddin Barbarossaya əsgərləri Arta körfəzinin girişində və Prevezeyə yaxın mövqeyi olan Aktiuma yerləşdirməyi təklif etdi. Barbarossa əvvəlcə bu fikrə qarşı çıxsa da, daha sonra bu fəaliyyətdən türk zəfərini zəmanət altına alacağı aydın oldu. Aktiumdaki qalanı tutan türk əsgərləri Barbarossanın donanmasını top atəşiylə dəstəkləyərkən Dorianı da gəmilərini sahildən uzaqda tutmağa məcbur edəcəkdi. Səlibçilərin zəfər əldə edə bilmələri üçün Aktiuma əsgər çıxarmaları lazım idi. Ancaq Qrimaninin girişdiyi ilk hücumda geri çəkilməsindən sonra Doria, quruda da bir təxribatla qarşılaşmaqdan qorxurdu. 25 və 26 sentyabrda daha iki dəfə, ancaq bu səfər Aktiumun tam qarşısındakı Preveze qalasını hədəfləyərək, əsgərlərini quruya çıxarmağa cəhd edən səlibçilər Murat Rəis tərəfindən geri çəkilməyə məcbur edildi. Tərs küləyin onları türklərin olduğu sahillərə yanaşdırmasından qorxan Dorianın gəmilərini sahildən çox uzaqda tutması Xeyrəddin Barbarossaya üstünlük təmin edirdi. Bu vəziyyətə düşmək istəməyən Doria, sentyabrın 27-dən 28-ə keçən gecə 30 dəniz mili cənuba hərəkət etdi və külək sakitləşdikdə Lefkada adası yaxınlığındakı Sessolaya lövbər saldı. O gecə Doria və komandirləri əllərindəki ən yaxşı variantın İnebahtıya doğru bir hücum təşkil etmək və Barbarossanı döyüşməyə məcbur etmək olduğuna qərar verdilər[3].
Dan yeri sökülərkən türklərin üzərlərinə doğru gəldiyini görən Doria çaşqınlıq yaşayır. Xeyrəddin Barbarossa da lövbər salıb cənuba irəliləmişdi. Turqut Rəis 6 böyük karevella ilə bərabər idi və sol qanad sahildə yaxşıca möhkəmlənmişdi. Sayca az Osmanlı qüvvələrindən beləsinə cəsur bir hücum gözləməyən Doria, Qrimani və Kapellonun təzyiqlərinə baxmayaraq, ancaq 3 saat sonra lövbər qaldırmaq və döyüşə hazır olmaq üçün əmr verə bildi. İki donanma nəhayət 28 sentyabr 1538-ci ildə, Arta körfəzində, Preveze sahillərində bir-birlərini nişan aldı. Küləyin olmaması Dorianın zərərinə idi. Böyük silahlara sahib nəhəng Venesiya bayraq gəmisi "Galeone di Venezia" külək əsməməsi səbəbindən sahildən 4, Sessoladan 10 mil uzaqda hərəkətsiz qalmışdı. Səlib gəmiləri "Galeone di Venezia"nın köməyinə çatmaq üçün çalışsalar da, Osmanlı qaleralarıyla ətrafı mühasirəyə alınan gəmi, saatlarla sürən çətin bir vuruşmada Osmanlı gəmilərinə çox ziyan versə də, ələ keçirilməkdən xilas ola bilmədi. Nəhayət külək əsməyə başlayanda səlib donanması hərəkətə keçdi. Doria ilk olaraq türkləri dənizə çəkmək üçün nəzərində bir neçə manevr fikirləşmişdi. Siciliya qubernatoru Ferrante Qonzaqa qarışıq flotun sol qanadını, Malta cəngavərləri sağ qanadını tuturdu. Doria ən sürətli qaleralarından dördünü Qonzaqa və Malta cəngavərlərinin arasına, ön mərkəz cəbhəyə yerləşmiş olan qardaşı oğlu Covanni Andrea Dorianın komandasına verdi. Dorianın qaleraları onların arxasında, Qrimani və Kapellonun rəhbərliyindəki Vatikan və Venesiya qaleralarının qarşısında uzun bir xətt meydana gətirəcək şəkildə yerləşmişdi. Ən arxada isə Alessandro Kondalmiero (Bondumyer) əmrindəki Venesiya qaleraları ilə Françesko Dorianın əmrindəki ispan-portuqal-Genuya qaleraları, qayıqlar və dəstək gəmiləri ilə birlikdə yerləşirdi. Osmanlı donanması "Y" şəklində bir düzülüşə sahib idi. Barbarossa, Sinan Rəis, Cəfər Rəis, Şaban Rəis və oğlu Həsən Rəis ilə birlikdə mərkəzdə idi. Seydi Əli Rəis sol qanada, Saleh Rəis sağ qanada rəhbərlik edirdi[3].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.