Praqa Beynəlxalq Hava Limanı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Vatslav Havel adına Praqa Beynəlxalq Hava Limanı (çex. Letiště Václava Havla Praha) — Çexiyanın Praqa şəhərində yerləşən hava limanı. Praqanın Ruzine rayonu ərazisində yerləşir. 2007-ci il «World Airport Awards» mərasimində Praqa hava limanı Mərkəzi və Şərqi Avropanın ən yaxşı hava limanı seçilmişdir[3]. Hava limanı «Czech Airlines», «Travel Service Airlines», «Wizzair» və «Ryanair» üçün baza, qərargah məntəqəsi rolunu oynayır. Aeroport Çexiyanın birinci prezidenti Vatslav Havelin şərəfinə adlandırılmışdır. 2018-ci ildə hava limanı 17 milyon yolçuya xidmət etmişdir (2019-cu ildə bu göstəricinin 18 milyon olması gözlənilir). Hava limanı Airbus A380 və Boeing 747 təyyarələrinində daxil olduğu iri təyyarələri qəbul etmək imkanlarına malikdir.
Praqa Beynəlxalq Hava Limanı | |
---|---|
50°06′03″ şm. e. 14°15′06″ ş. u.HGYO |
|
IATA: PRG[1][2] – ICAO: LKPR[1][2] | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | |
Açılış tarixi | 5 aprel 1937 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
1919-ci ildən bəri tarixi olan Avropanın Mülki Aviasiyasının pionerlərindən biridir. Çexoslovakiya, sonradan isə Çexiyanın əsas hava limanıdır. Praqada yeni bir hava limanının inşası üçün şərtlər, XX əsrin 30-cu illərində hərbi və mülki aviasiyanın ayrılması zərurətinin yaranması və Kbeli hava limanının sıx qrafiki olmuşdur. «Ruzine» hava limanı 5 aprel 1937-ci ildə Praqanın eyni adlı rayonunda açılır. 1937-ci ildə Paris (həmçinin Dünya Sərgisi kimi tanınan) beynəlxalq incəsənət və texnologiya sərgisində diplom və qızıl medalla layiq görülmüşdür. Mükafat əsasən mühəndis A. Beneş tərəfindən hazırlanmış, qeydiyyat binasının (indiki Terminal 4) arxitekturası və aeroportun texniki konsepsiyasına görə verilmişdir. Bu və digər mükafatlar hava daşıyıcılarının hava limanına marağının artmasına kömək etmişdir.
Hava limanının yeri, xüsusən Çexiya 2004-cü ildə Avropa İttifaqına daxil olduqdan sonra onu genişləndirməyə imkan vermişdir.
5 oktyabr 2012-ci ildə hava limanı «Vatslav Havel adına Praqa Beynəlxalq Hava Limanı»[4] olaraq adlandırılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.