Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi From Wikipedia, the free encyclopedia
Pontifik maksimus (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") və ya böyük pontifik. Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Qratsianın çağrıldığını göstərir[1]. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır[2][3].
Qədim Roma tarixi | ||
Dövrlər | ||
Roma çarlığı | ||
Roma Respublikası | ||
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | ||
| ||
Respublika konstitusiyası | ||
| ||
Magistratlar | ||
| ||
Fövqəladə magistratlar | ||
| ||
Titullar | ||
| ||
Sülalələr | ||
| ||
Əhali, inzibati və sosial tərkib | ||
| ||
Qədim Romada hüquq | ||
| ||
"Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı[4] (Roma Yepiskopu daxil[5]) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da[6], papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır.
Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir. Bu əvvəllər bəlkə də hərfi mənada istifadə olunurdu: qədim Romada körpü inşaatçısı olmaq ən əhəmiyyətli işlərdən sayılırdı, çünki qədim Romada ən böyük körpülər əsasən müqəddəs olaraq qə'bul edilən Tiber çayı üzərində inşa edilmişdi və ancaq xüsusi səlahiyyətli din xadimləri bu körpülərdəki mexanik yenilikləri "narahat etmə" hüququna malik idilər. Amma yenə də, bu söz (pontifeks) simvolik mə'nasinda da başa düşülürdü: (Van Heyperenə görə) pontifiklər tanrılarla insanlar arasında "körpü" quranlar idilər.
Digər tərəfdən, pontifeks sözü "yolları hazırlayanlar" mə'nasına da gələ bilər: tarixi Etrusk dilində pont "yol" deməkdir[3]. Az bir qrup tədqiqatçının fikrinə görə bu söz Etrusk dilində tələffüz olaraq oxşar, amma etimoloji olaraq əlaqəsiz, "keşiş" mə'nasına gələn başqa sözdən törəmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.