rus və isveç orduları arasında Şimal müharibəsinin ən böyük döyüşü From Wikipedia, the free encyclopedia
Poltava döyüşü, Şimal Müharibəsinin ən böyük döyüşü kimi 27 iyun 1709-ci ildə Poltavanın (Sol taylı Ukrayna) 6 verstliyində baş verib. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu, və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı.
Poltava döyüşü | |||
---|---|---|---|
Şimal müharibəsi (1700-1721) | |||
Tarix | 27 iyun 1709 | ||
Yeri | Poltava yanında | ||
Nəticəsi | XII Karlın darmadağın edilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Narva döyüşündən sonra(1700) XII Karlın ordusu Avropaya soxuldu və bir çox ölkənin yer aldığı müharibə əsnasında Karlın qoşunları cənuba doğru xeyli irəlilədilər. I Pyotr XII Karldan Livoniyanı alandan və burada Sankt Peterburqun əsasını qoyandan sonra, Karl Moskvanı tutmaq məqsədi ilə Rusiyanın mərkəzinə yürüşə hazırlaşmağa başladı. Lakin əlverişsiz iqlim şəraiti Karlın bu planına əngəl oldu, və o ordusunu Moskvaya cənubdab Ukrayna vasitəsilə aparmalı oldu. Poltavaya yaxınlaşanda Karl ordusunun üçdən birini itirmişdi, onun arxalarına döyüşün lap ərəfəsində kazak və kalmıklar tərəfindən hücum edilmişdi, Karlın özü də yaralanmışdı. Döyüş gedişində isveçlilər darmadağın edildilər, Karl Osmanlıların yanına qaçdı.
1707-ci ilin avqustunda İsveç kralı XII Karl Saksoniyadan öz ordusu ilə Rusiyaya qarşı irəliləyərək, Belarus və Smolenskdən keçir. O Moskvanı zəbt etmək, Rusiya taxtına Polşa kralını çıxarmaq, sonra isə Rusiyanı 8 ayrı knyazlığa bölmək istəyirdi. Olduqca mobil isveçli ordusu Avropanın ən yaxşı ordusu sayılırdı. I Pyotr isə daha çox partizan taktikasından yararlanırdı: rus ordusu döyüşə girməyərək, isveçliləri müdafiə toqquşmalarında yorur və onların azuqə və sursat ehtiyatlarını məhv edirdi. Ehtiyatları tükənməkdə olan isveçlilər yandırılmış torpaqdan keçmək məcburiyətində qalmışdılar. Belə vəziyətdə XII Karl Levenhauptun korpusuna Kurləndiyadan çıxmaqı və azuqə və sursat ehtiyatı ilə əsas ordu ilə birləşmək üçün Belarusa hərəkət etmək barədə əmr verir.
11 sentyabr 1708-ci ildə XII Karl ordusu ilə Smolenskin 14 verstliyində dayanır. Lakin Levenqauptun yardımını yetişmir –Lesnoy kəndi yanındakı döyüşdə(27–29 sentyabr 1708-ci ildə) rus qoşunları isveçliləri darmadağın edirlər və onların ehtiyat yükünü ələ keçirirlər. Lakin aralarında çoxdan davam edən danışıqların nəticəsi olaraq, Ukrayna hetmanı İvan Mazepanın onun tərəfinə keçməsi XII Karlın vəziyyətini müəyyən qədər yaxşılaşdırır. Mazepanın Karlla yazışmasında ona 50 minlik kazak qoşunu ilə yardım edəcəyini boyun olmuşdu, ancaq 28 oktyabr 1708-ci ildə Karlın düşərgəsinə 5 min kazakla gəlmişdi. Bu dəstədə sonralar xeyli seyrəlmişdi. Ancaq Karl onlara etibar etmədiyinə görə Poltava döyüşündə onları döyüşə daxil etməkdən çəkindi.
30 aprel 1709-ci ildə İsveç ordusu Poltavanın mühasirəsinə başladı. Polkovnik A.S. Kelinin başçılığı ilə Poltavanın 4,2 min əsgərdən və 2,6 min şəhərlidən ibarət qarnizonu isevçlilərin bir neçə hücumunu dəf edə bildi. Apreldən iyuna qədər isveçlilər Poltavaya 20 dəfə həmlə etdilər və onun divarları önündə 6 min adam itirdilər. Mayın sonunda Poltavaya I Pyotrun komandası altında rus ordusunun əsas qüvvələri yaxınlaşdı. Onlar Vorskla çayının Poltavadan əks tərəfdəki qırağında düşərgə saldılar. 16 iyunda rusların ön dəstəsi, rus ordusunun əsas qüvvələrinin forsajını təmin etmək üçün Poltavanın şimalında Vorskla çayını keçdi.
İyunun 19-da rusların əsas qüvvələri keçidə marş etdilər və növbəti gün Vorsklanı keçdilər. Pyotrun ordusu Semönovka kəndi yanında düşərgə saldı. İyunun 25-də rus ordusu daha cənuba dislokasiya oldu, və Yakovsı kəndi yanında, Poltavanın 5 km-liyində mövqe tutdu. Rus ordusu 45 min əsgər və 102 topdan ibarət idi. Karlın ordusunda 27 min əsgər və cəmi 4 top vardı. Bilavasitə Poltava döyüşündə daha az qoşun iştirak edirdi: İsveç ordusu tərəfdən 8 min piyada(18 batalyon) və 7800 süvari, 1000 nəfər qeyri-nizami süvari; ruslar tərəfdən 25 min piyada, ama bunların bir hissəsi bilavasitə döyüşdə iştirak etmirdi. Bundan başqa ruslar tərəfdən döyüşdə 9000 min süvari iştirak edirdi. Ruslar tərəfdən 73 top döyüşə cəlb edilmişdir, isveçlilərin isə cəmi 4 topu vardı ki, bunların da mərmi ehtiyatı Poltavanın mühasirəsi vaxtı demək olar ki tamamilə xərclənmişdi.
17 iyul 1709-cü ildə, gecə saat 2 yaxın, isveçlilər Poltavadan çıxıb rus ordusu istiqamətində yeridilər. Piyadalar dörd sütunla hərəkət edirdi, süvarilər ardınca altı sütunla. Dan söküləndə, isveçli ordusu rus redutlarına yaxınlaşdı. Əsas qüvvələrə isveçlilərlə döyüşə hazırlaşmaq imkanı vermək üçün, knyaz Menşikov öz süvari alaylarını döyüş qaydalarına düzüb isveçlilərin qarşılamağa getdi. Rus süvarilərinin hərəkətlərini görən isveçli süvariləri sürətlə piyadalarını qabaqlayıb rus süvarilərinin üzərinə atıldılar. Bir neçə dəqiqədən sonra rus redutları qarşısında iki ordunun süvari alaylarının qızğın döyüşü gedirdi. Əvvəlcə isveçli ağır süvarilər(əsasən kirasirlər), kazakların dəstəyi ilə rus süvarilərini sıxışdıra bildilər. Lakin tezliklə Pyotrun nizami süvarilərinin köməyinə qeyri-nizami kalmık süvariləri yetişdi. İsveçlilər geri atıldı. İsveçlilərin süvariləri geri çəkildi və döyüşə isveçli piyadaları girdi. İsveçli feldmarşal orduya iki məqsəd qoydu -general Roosun komandası altındakı qruppa ön redutları almalı, qalan qoşunlar redutların yanında durmadan rus düşərgəsinə doğru hərəkət etməliydi. İlk iki redutu alan Roosun dəstəsi rusların növbəti iki redutunu ala bilmədi. Tezliklə, əsas qüvvələr döyüşə hazır olan kimi, Pyotr Menşikovun süvarilərinə və redutu müdafiə edənlərə əsas qüvvələrə tərəf çəkilmək əmri verdi. İsveçlilərin komandanı da öz nöbvbəsində, rus redutlarını sol yandan keçməyə cəhd edərək, qoşunlarını qruplaşdırdı.
Qarşısında qoyulmuş məqsədə doğru general Roos redutların birinə həmlə etdi, lakin bu olduqca uğursuz alındı və o əsgərlərinin az qala yarısını itirdi. Menşikovun diviziyasındakı süvarilərə komandanlıq edən rus genaralı Ransel bundan yararlandı. Roosun dəstəsi məhv edildi, qalanlarını Ransel əsir götürdü.
Rus ordusu, hərəsində təxminən 8000 nəfər, iki xəttə düzüldü. Mərkəzdə piyadalar, cinahlarda süvarilər: solda — Menşikovun süvariləri, sağda, Lesnoy kəndi yanındakı döyüşdə, Pyotrun yardımına vaxtında yetişməklə fərqlənən -Bourun süvariləri. İsveçli ordusu, döyüş qabiliyətini itirməmiş 4 min piyada ilə bir xəttə düzüldü.
Təxminən səhər saat 9 -da, Karlın mövqedə olmasından ruhlanan isveçli piyadaları, rus ordusunu həmlə etdilər. Əvvəlcə isveçlilərin sağ cinahı rusların döyüş cərgəsini sıxışdıra bildilər. Bunu görən Pyotr Novqorod batalyonlarından biri ilə döyüşün qızğın yerinə atıldı. Pyotrun gəlişi rusların panikası dayandı. Tezliklə rusların ikinci xətti birincisi ilə birləşdi və isveçlilərin üzərinə təzyiqi artırdılar. İsveçlilər yorulmağa başladılar. Rus ordusunun, süvarilərdən ibarət cinahları, isveçliləri dövrəyə almağa başladı. Vəziyəti düzəltmək üçün Karl döyüşün ən qızğın yerində göründü.
Lakin onun əsgərləri ruhlandırmaq niyyəti baş tutmadı, əksinə onun xərəyi(Karl döyüşdən əvvəl ayağından yaralanmışdı) top atəşi ilə vuruldu və o yıxıldı, əsgərlər arasında Karlın ölümü şaiyəsi yayıldı. Tezliklə İsveç ordusu təşvişə düşdü. Rusların üstün qüvvələri qarşısında təzyiqə dözməyən isveçlilər qaydasız halda geri çəkilməyə başladılar və bir azdan qaçmağa başladılar.
Poltava döyüşü nəticəsində XII Karlın ordusu 11 min nəfər ölü və yaralı və 15 min əsir itki verdi. Rus ordusu 1340 ölü və 3300 yaralı itki verdi. Poltava döyüşü Şimal müharibəsinin gedişini rusların xeyrinə dəyişdi. İsveç nəinki müharibəni davam etdirə bilmədi, həm də dövlət kimi sarsıldı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.