Platelyay gölü
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Platelyay gölü (lit. Platelių ežeras: Plateliu ežers) — Jemaytiya regionunun ən böyük, Litvanın isə ən böyük 9-cu gölü. Göl Jemaytiya Milli Parkında yerləşir. Sahədi 12 km², ən dərin yeri isə 47 metr təşkil edir. Göldə 7 ada yerləşir, bu adalarında birində qəsr tikildiyindən həmin ada Qəsr adası adı ilə tanınır. Arxeoloqlar burada iki qəsrin qalıqlarını tapmışdırlar və onların Bona Sforsa qəsrinə aid olduğunu güman edirlər.[1] Göldə dalğıclıq və yaxta klubları fəaliyyət göstərir. Gölün qərb sahilində Platelyay qəsəbəsi yerləşir.
Platelyay gölü | |
---|---|
lit. Platelių ežeras | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 146,5 m |
Uzunluğu |
|
Sahil uzunluğu | 37 km |
Sahəsi | 12 km² |
Həcmi | 0,125 km³ |
Dərin yeri | 47 m |
Yerləşməsi | |
56°02′50″ şm. e. 21°51′23″ ş. u.HGYO | |
Ölkə | Litva |
Region | |
Yaşayış məntəqəsi | Platelyay |
Ada | 7 (Qəsr adası) |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Platelyay gölü bir neçə tədbir ilə məşhurdur. Burada 2002-ci ildə Roko naktys (azərb. "Rok gecələri") festivalı keçirilir. Lakin Platelyay qəsəbəsi 4000 qonağın ehtiyaclarını qarşılaya bilmədiyindən festivalın keçirildiyi yerin dəyişdiriləcəyi görünür.[2] 25 il boyunca göl marafon yarışları üçün istifadə olunmuşdur. 2006-cı ildə rekord sayda iştirakçı qeydə alınmışdır: 21 nəfər 3,5 kilometr məsafəni, 154 nəfər isə 1,8 km məsafəni üzmüşdür.[3]
Göl sualtı arxeologiyası üçün maraqlı nümunələrdən biridir. Alimlər düşünürlər ki, keçmişdə suyun səviyyəsi daha alçaq olub, su səviyyəsinin yüksəlməsi nəticəsində bir neçə ada su altında qalmışdır. Məsələn, 2002-ci ildə dalğıclar üzərində "L" hərfinə bənzər işarələr olan daş tapmışdırlar. Bu daş daha kiçik daşlarla əhatələnmişdir və belə nəzəriyyə ortaya çıxmışdır ki, bu, bütpərəstlər tərəfindən ibadət yeri kimi istifadə olunmuşdur.[4] 2002-ci ildə arxeoloqlar gölün dibində uzunluğu 5,5 metr olan, Böyük Vitovt dövrünə aid olduğu güman edilən 3 qayıq aşkarlamışdırlar.[5]
Göldən elə də uzaqda olmayan meşənin içində Soyuq müharibə muzeyi fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.