From Wikipedia, the free encyclopedia
Norovirus ("Noruolk virusu" — ing. Norwalk virus) — lat. Caliciviridae ailəsindən olan, RNT tərkibli virus. Dünyada 90 % hallarda bakteriyasız keçən mədə-bağırsaq epidemiyalarının səbəbkarı norovirus törədicisidir. Virus xəstə ilə birbaşa təmasdan, yoluxmuş qida məhsullarından əsasən fekal-oral yolu ilə ötürülür. Bu hal "bağırsaq qripi" də adlandırılır.
Norovirus | |
---|---|
MeSH | D029322 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk olaraq norovirus özünü 1968-ci ildə Ohayo ştatının Noruolk şəhərində, ibtidai məktəb şagirdləri arasında kəskin baş qaldırmış mədə-bağırsaq pozğunluqları ilə büruzə verdiyinə görə ing. Norwalk-like virus adlandırılmışdır. Virus 1972-ci ildə konserv edilmiş fekal probunun immunnoelektron mikroskopiya müayinəsi zamanı aşkar edilmiş və Norulok adlandırılmışdır. Günümüzə qədər eyni simptomlu çoxsaylı xəstələnmə halları mövcuddur. Norovirusun klonlaşdırması və genomunun sekvensiyası onun lat. Caliciviridae ailəsinə məxsus viruslara bənzər genoma malik olduğunu gıstərir. Virusun adı virus taksonomiyası beynalxalq komitəsi tərəfindən 2002-ci ildə Norovirus kimi təsdiq edilmişdir.
Norovirus törədicisinin səbəb olduğu mədə-bağırsaq pozğunluğu mövsümi xarakterli olub əsasən payız-qış aylarında baş qaldırır və ürəkbulanmaç qusmaç ishal əlamətləri, qarın nahiyyəsində olan ağrı ilə özünü büruzə verir. Virusun inkubasiya müddəti 10–72 saat ola bilir. Simptomlar bir və iki gön ərzində özünü göstərməyə başlayır, bir neçə gün davam edir. Bir qayda olaraq xəstəlik öz-özünə sağalır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.