Remove ads
From Wikipedia, the free encyclopedia
Niyazi Nəcəfqulu oğlu Nəcəfov (23 fevral 1922, Bakı – 12 iyul 1991, Bakı) — Azərbaycan-sovet təhlükəsizlik və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Əzizbəyov Rayon Komitəsinin birinci katibi (1971–1991).
Niyazi Nəcəfov | |
---|---|
1971 – 12 iyul 1991 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyul 1991 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
|
Niyazi Nəcəfqulu oğlu Nəcəfov 23 fevral 1922-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin ümumi şöbəsində başlamışdır. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, lakin Böyük Vətən müharibəsi başlananda təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə getmişdir.[1]
Niyazi Nəcəfov 1943-cü ildən 1971-ci ilədək Azərbaycan SSR dövlət təhlükəsizliyi orqanlarında işləmiş, Göyçay, Lənkəran rayon, Sumqayıt şəhər şöbələrinin rəisi, sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin məsul işçisi, aparatın partiya komitəsinin katibi olmuşdur. 1971-ci ildən həyatının sonunadək Azərbaycan KP Əzizbəyov Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[1]
Niyazi Nəcəfov 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 8–12-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, eləcə də Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü olmuşdur. "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri və 14 medalla təltif edilmişdir.[1]
Niyazi Nəcəfov 12 iyul 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.