From Wikipedia, the free encyclopedia
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru.[1]
Niyazi Bədəlov | |
---|---|
Niyazi Mustafa oğlu Bədəlov | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (88 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1938–1989 |
Təhsili |
Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb.[1]
Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə[1] Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub.
1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır.[1]
Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edir. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırır. Belə nümunələrdən biri "Məhəmməd Füzuli" (1958) sənədli filmidir. Bu film kinematoqrafçılarda Füzulinin poetik irsinə dərin maraq yaradır.[1]
N.Bədəlov həmçinin, 30-cu illərin sonunda Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. 1941-ci ilin əvvəllərində "Böyük həyat", "Tüfəngli adam", "Oyanmış torpaq" və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.[1]
N.Bədəlov gözlənilmədən kinematoqrafiyadan ayrılır və 1944-cü ilin fevral ayında Salyan şəhərinə ezam olunur. Burada Salyan Dövlət Dram Teatrını təşkil edir və teatrın bədii rəhbəri işləyir. Bir müddət sonra yenidən kinoya qayıdır.[1]
Görkəmli sənətkar ümumilikdə 40-a qədər sənədli film, "Sovet Azərbaycanı", "Ordenli Azərbaycan", "Gənc nəsil", "İncəsənət", "İdman" və s. kinojurnallar üçün süjetlər çəkib. Lentə aldığı sənədli filmlərin əksəriyyəti Azərbaycanın qəhrəmanlıq tarixinə, Böyük Vətən müharibəsində xalqımızın igid övladlarının şücaətinə, milli-mənəvi dəyərlərimizə, mədəniyyət xadimlərimizə və zəhmət adamlarına həsr olunub.[1]
Rejissor Azərbaycan kinosuna "Övladlarım", "Xəzərin üzərindən körpü", "Azərbaycan aşıqları", "Onun adı Serafino idi" və bir çox başqa filmləri bəxş edib.[2]
Rejissor kimi
Azərbaycan dilinə dublyajın rejissoru kimi
Ssenari müəllifi kimi
İkinci rejissor kimi
Rejissor assistenti kimi
Bədii rəhbər kimi
Aktyor kimi
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.