From Wikipedia, the free encyclopedia
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu.
Nitrat turşusu | |
---|---|
Ümumi | |
Sistematik adı | Nitrat turşusu |
Kimyəvi formulu | HNO3 |
Nisbi mol. kütl. | 63.012 а. k. v. |
Molyar kütlə | 63.012 q/mol |
Fiziki xassələri | |
Aqreqat halı (n.ş.) | maye |
Sıxlıq | 1,522 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -41 °S |
Qaynama nöqtəsi | 86 °S |
Əmələgəlmə entalpiyası (n.ş.) | -174,1 kC/mol |
Xüsusi buxarlanma istiliyi | 39,1 C/kq |
Xüsusi ərimə istiliyi | 10,47 C/kq |
Buxarın təzyiqi | 56 qPa atm |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | −1,64 |
Suda həllolma | qarışır q/100 ml |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1.397 |
Quruluşu | |
Dipol anı | 2.17 ± 0.02 Debay |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 7697-37-2 |
PubChem | 944 |
EINECS-də qeyd. nöm. | 231-714-2 |
SMILES | O[N+](=O)[O-] |
BS-də qeydiyyat nömrəsi | 231-714-2 |
RTECS | QU5775000 |
ChEBI | 48107 |
BMT nömrəsi | 2031 |
ChemSpider | 919 |
Toksikologiya | |
LD50 | 430 mq/kq |
Zəhərliliyi |
Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir.
İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir. Qatı nitrat turşusu ilə xlorid turşusunun qarışığına (1:3) zərhəl (çar arağı) deyilir. O hətta qızılı və platini də həll edir. Üzvi birləşmələr nitrat turşusunun təsirildən oksidləşir və ya nitrolaşır (nitro qrupu—NO2+ üzvi birləşmədə hidrogenin yerini tutur). Nitrat turşusunun duzları nitrat, Na, K, Ca və NH4+ duzları isə həm də şora adlanır.
Nitrat turşusu XIII əsrdə kalium şorasını zəy, dəmir kuporosu və gil ilə birgə qızdırmaqla alınırdı. XVII əsrin ortalarından etibarən o sənayedə kalium və ya natrium şorası ilə qatı sulfat turşusundan alınmağa başlandı. İndi ammonyakın hava oksikeni ilə katalitik oksidləşdirilməsi yolu ilə istehsal olunur. Nitrat turşusu, əsasən, azot gübrəsi, kombinə edilmiş gübrə, partlayıcı maddə (trinitrotoluol və s.) və üzvi boya istehsalında işlədilir.
Üzvi sintezdə qatı nitrat turşusu ilə sulfat turşusunun qarışığından (nitrolayıcı qarışıq) geniş istifadə edilir. Kimya sənayesində (sulfat və fosfat turşuları istehsalında) və metallurgiyada hər il külli miqdarda nitrat turşusu sərf olunur. Nitrat turşusunun buxarları ilə nəfəs almaq zəhərlənməyə səbəb olur. Dəriyə və paltara düşdükdə (xüsusən qatı nitrat turşusu) yandırır. Sənaye binalarının havasında (N2O5-ə görə hesaoladıqda) nitrat turşusu-nun miqdarının 50 mq/m3-dən artıq olmasına icazə verilmir. Qatı nitrat turşusu üzvi maddələrə toxunduqda yanğına və partlayışa səbəb olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.