From Wikipedia, the free encyclopedia
Neyron — sinir sisteminin struktur-funksional vahidi.
Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Hər bir neyron hüceyrə cismindən, dendrit adlanan protoplazmatik çıxıntılardan və dendrit və akson deyilən uzun silindrik ox çıxıntıdan ibarətdir. Hər neyronun ancaq bir aksonu olur: dendritlərin miqdarı isə çox ola bilər. Hüceyrə cismi bir sıra törəmələrdən – neyroplazmadan, nüvədən və sinir fibrillərindən (neyrofibrillərdən) təşkil olunmuş və xaricdən qişa ilə örtülmüşdür. Hüceyrə cismində olan neyrofibrillərin ardı sinir hüceyrəsinin çıxıntılarına keçir. Neyrit ya akson neyrofibrillərdən təşkil olunmuş silindirik oxdan ibaraətdir; o, xaricdən mielin ya özəkli qişa və Şvann qişası ya da nevrillemma ilə örtülmüşdür. Neyrit boyu uzunu yan kollateral şaxələr verir və periferik ucu telodendrit adlanan şaxələrə bölünür. Bu şaxələr müxtəlif uc aparatlarla tamamlanır. Bəzi dendrit uzunluğu 1 m-dən də çox olur. Sinir hüceyrələri çıxıntılarının miqdarına görə üç qrupa bölünür:
bunlardan biri dendrit, digəri neyritdir: məsələn, gözün tor qişasında olan bipolyar hüceyrələr. Mənşə etibarilə bipolyar hüceyrələrə yalançı unipolyar sinir hüceyrələri də aiddir. Bunların sanki bir çıxıntısı olur; bu çıxıntı hüceyrə cismindən çıxdıqdan sonra T – şəkilli iki çıxıntıya (neyrit və dendritə) bölünür. Əslində yalançı unipolyar hüceyrələr bipolyar hüceyrələrin neyrit və dendritlərinin başlanan yerində bir-birilə bitişməsi nəticəsində əmələ gəlir. Bu növ hüceyrələrə onurğa beyni qanqlionlarında təsadüf edilir. Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi; bunun bir neyriti və bir neçə dendriti olur; bu növ sinir hüceyrələrinə beyin qabığında və onurğa beynində təsadüf edilir.
Sinir hüceyrələrinin qişalarla örtülmüş çıxıntılarına sinir lifləri deyilir. Sinir lifləri əhatə olunduqları qişalara görə dörd qrupa bölünür: Mielin və Şvann qişalı sinir lifləri, bunlar hər iki qişa ilə örtülü olur, ucqar sinir sistemini təşkil edən sinirlər bu növ liflərdən əmələ gəlmişdir. mielinli ya özəkli sinir lifləri yalnız mielin qişa ilə örtülü olur; mərkəzi sinir sisteminin ağ maddəsi həmin liflərdən ibarətdir. mielinsiz ya özəksiz (amielin) sinir lifləri – yalnız Şvann qişası ilə örtülü olur; bu növ liflərə simpatik sinir sistemində təsadüf edilir. Çılpaq silindrik oxlar – qişasız olur və mərkəzi sinir sisteminin boz maddəsində yerləşir. Vəzifə etibarilə dendritlər oyanmanı hüceyrə cisminə (sellülopetal istiqamətdə), neyritlər isə əksinə, hüceyrədən periferiyaya doğru (sellülofuqal istiqamətdə) nəql edir. Oyanmanın bir neyrondan digər neyrona keçməsi neyritin həm uc, həm də yan şaxələrilə ifa olunur.
Sinir toxumasının ikinci tərkib hissəsi stroma ya qliya (yaxud neyroqliya) bir sıra hüceyrələrdən ibarətdir. Qliya xüsusi quruluşa malik əlavə törəmə kimi sinir sistemində məhdudlaşdırıcı, istinadyaradıcı və trofik (qidalandırıcı) vəzifə daşıyır.
Sinir sistemini təşkil edən neyronlar bir-birilə müəyyən nisbətdə olur. Bu və ya başqa yerdə qıcıq nəticəsində meydana çıxan oyanma bir neyrondan digər neyrona, buradan da üçüncü neyrona və s. verilir. Qıcığın bir neyrondan digər neyrona keçməsi üçün bir neyronun neyriti digər neyronun dendriti ilə rabitədə olmalıdır. Bu növ rabitə neyronlar arasına ifraz olunan xüsusi kimyəvi maddələr (mediatorlar) vasitəsilə əmələ gəlir ki, buna sinaps (lat. synapsis) deyilir. Sinaps yalnız neyritin dendritlə rabitədə olması ilə deyil, eyni zamanda neyritin bilavasitə neyronun hüceyrə cismi ilə rabitədə olması ilə əmələ gəlir; birinci halda aksodendritik sinaps, ikincisinə isə asosomatik sinaps deyilir. Aksodendrik sinapslara artıq miqdarda beyin qabığının yuxarı qatlarında təsadüf olunur.
Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan ibarətdir; lakin bunlar vəzifə etibarilə bir-birlə rabitədədir. neyrofibrillər isə bir neyrondan digərinə keçməyib, rabitədə olduqları yerdə qalırlar; həmin yerdə sinir çıxıntılarının uclarında xüsusi törəmələr – sinaptik aparatlar əmələ gəlir. Oyanma bu aparatlar vasitəsilə qeyd olunduğu kimi bir neyrondan digər neyrona verilir. Sinapslardakı bu ötürücülük kiyəvi və biofiziki hadisələrlə izah edilir. Beləliklə neyronların quruluşca bir-birindən ayrı olmalarına baxmayaraq, neyronarası rabitənin və onların arasındakı qarşılıqlı təsirin olması sayəsində sinir sistemi həm quruluş, həm də vəzifə etibarilə bir vəhdət təşkil edir. Adətən, orqanizmdə bir neyron başqalarından ayrı olaraq heç bir vəzifə icra etmir; o ancaq digər neyronlarla birlikdə silsilə təşkil edib müəyyən vəzifə daşıyır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.