From Wikipedia, the free encyclopedia
Yumru qurdlar (lat. Nematoda) — heyvanlar aləminə aid heyvan tipi.
Yumru qurdlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Klad: Nematoida Tip: Yumru qurdlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Yumru qurdlar tipinin xarakter xüsusiyyətləri aşağıdakılardır:
Yumru qurdların sərbəst yaşayan formaları dənizlərdə, şirin sularda və torpaqda, parazit formaları isə əksər onurğasızlarda və bütün onurğalılarda, o cümlədən insanda parazitlik edir, bitkilərin müxtəlif vegetativ orqanlarında yaşayır. 80000-ə yaxın növü qeydə alınıb. Lakin növlərinin bundan qat-qat çox olması ehtimal edilir. Bu sinfə daxil olan nümayəndələrin müxtəlif ekoloji şəraitdə yayılmasına baxmayaraq hamısı eyni quruluş planına malikdir. İnsanda parazitlik edən nümayəndələrdən insan askaridi, uşaq bizquyruğu, tükbaş qurd, onikibarmaq bağırsağın əyribaş qurdu, trixin və riştanin öyrənilməsi tibbi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Yumru qurdların sərbəst yaşayan formasının böyüklüyü 0,3 mm-ə qədər olduğu halda, fitonematodlar 8,0 mm, ən iri formalar isə insan və heyvanlarda təsadüf edilir. Onların uzunluğu 5-10 mm-dən (uşaq bizquyruğu) 8 m-ə kimi (məsələn, balinada təsadüf edilən Flacentonema gigantissima nematodu) ola bilər.
Onlardan Xəzər dənizində 52 növü qeyd edilmişdir. Nematodlar dənizdə, şirin sularda və torpaqlarda yaşayırlar. Xəzər dənizində yaşayan nematodların hamısı bentik heyvanlardır. Onlar qum, lil-qum, bəzən isə təmiz lildə yaşayırlar. Xəzər dənizində şirin su nematodlar vardır, lakin onlar Şimali Xəzərdə yaşayırlar. Xəzər dənizində nematodlar külli miqdarda inkişaf edir və balıqların qidasında mühüm rol oynayırlar. Bundan başqa, nematodlar suyun və qruntun çirklənməsinin indikatorlarıdır.
Tip iki sinif və 17 dəstəni əhatə edir.
İnsan, heyvan və bitkilərdə nematodların törətdiyi parazitar xəstəliklər. Azərbaycanda askaridoz, enterebioz, trixosefalyoz və s. yayılmışdır. Yoluxmada tərəvəzin rolu böyükdür.
Ziyanlı nematodları (dəyirmi qurdları) məhv etmək üçün işlədilən kimyəvi maddələr (pestisidlər).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.