Nehrəm
Babək rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Remove ads
Babək rayonunda qəsəbə From Wikipedia, the free encyclopedia
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Nehrəm | |
---|---|
39°06′44″ şm. e. 45°27′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir.
Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1830 | İmamzadə[4] | X-XVII əsrlər | Nehrəm qəsəbəsi | Arxeoloji | Ölkə |
1831 | Nehrəm yaşayış yeri[5] | V-XVII əsrlər | Nehrəm qəsəbəsi | Arxeoloji | Ölkə |
1877 | İmamzadə (Pir)[6] | Qeyd olunmayıb | Nehrəm qəsəbəsi | Arxeoloji | Ölkə |
5308 | Çaylaq məscidi[7] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5309 | Xəndək məscidi[8] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5310 | Güllü məscidi[9] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5311 | Hasar məscidi[10] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5312 | Hamam[11] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5313 | Hamam[12] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5314 | Məscid[13] | XVIII əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5711 | C.Məmmədquluzadənin xatirə muzeyi[14] | Qeyd olunmayıb | Nehrəm qəsəbəsi | Monumental və xatirə | Yerli |
6066 | Qoç heykəli[15] | Orta əsrlər | Nehrəm qəsəbəsi | Arxeoloji | Yerli |
Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir.
Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
C.Məmmədquluzadə yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cu ildə Tiflisdəki "Ekker" firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdur.
2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.[20]
4.3 km məsafədən qəsəbəyə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var.
Nehrəm qəsəbəsində dörd kitabxana, klub, mədəniyyət evi, poçt, rabitə şöbəsi var.
C.Məmmədquluzadə "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları" (1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. O, 1896-cı ildə bu kənddən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir.
Qəsəbədə Nehrəm qəsəbə 1 nömrəli, 2 nömrəli və 3 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[21]
1885-ci ildə Nehrəmdə ilk dünyəvi məktəb açılmışdir. Cəlil Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 – 10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi işləmişdir.
Nehrəm qəsəbəsində üç orta, bir əsas, bir texniki peşə məktəbi,bir musiqi məktəbi və bir uşaq bağçası fəaliyyət göstərir.
Qəsəbədə Nehrəm qəsəbə Birinci Hüseyniyyə məscidi, 1892-ci ildə inşa edilmiş Nehrəm qəsəbə Cümə məscidi, 1894-cü ildə inşa edilmiş Nehrəm qəsəbə Güllü məscidi, 1994-cü ildə inşa edilmiş Nehrəm qəsəbə İkinci Hüseyniyyə məscidi yerləşir.[22]
Qəsəbədə qəsəbə sahə xəstəxanası, doğum evi fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.