From Wikipedia, the free encyclopedia
Necip Hablemitoğlu — Türkiyəli tarixçi və yazıçı.
Evinin qarşısında edilmiş sui-qəsd nəticəsində ölmüşdür. Sui-qəsdin günahkarları hələ də tapılmayıb. Lakin Ergenekon məhkəməsi müttəhimlərindən Osman Yıldırım ifadəsində Hablemitoğlunu Osman Gürbüzün öldürdüyünü və Veli Küçük ilə Muzaffer Tekinin sifarişi ilə edildiyini bəyan etdi.
Evli və iki qız atası olan Necip Hablemitoğlu Türkiyə xaricindəki türk toplumlarının yaxın tarixi ilə bağlı araşdırılmalar aparmışdır. Orta Avropa və Balkanlarda türk əsərləri, türk əsilli azlıqlar və türk şəhidlikləri mövzularında tədqiqatlar aparmış və bu mövzulardakı müxtəlif layihələrdə aktiv iştirak etmişdir. Tədqiqat sahəsinə dair çoxlu kitab və məqalə müəllifi olan Hablemitoğlu öldürüldüyü günə kimi Ankara Universitetində doktor dərəcəli müəllim kimi Atatürk prinsipləri və inqilab tarixi dərslərini keçmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.