From Wikipedia, the free encyclopedia
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı.
Nazpərvər xanım | |
---|---|
سيدة المروحة ناز | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | |
Atası | İsmayıl bəy |
Anası | Aliyə xanım |
Həyat yoldaşı | V Mehmed |
Uşağı | Rəfiyə Sultan |
Dini | Sünni, İslam |
Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi. Əbdüləzizin vəfatından sonra Dürrünəv xanımla birlikdə Fəriyə sarayına köçdülər.
Fəriyə sarayında verilən bir ziyafətdə tanış olduğu Sultan Mehmed Rəşadla 1888-ci ildə evləndi. Evlilikdən bir il sonra yeganə övladı olan Rəfiyə Sultan dünyaya gəldi. Ancaq körpə bir neçə həftə sonra vəfat etdi. Daha sonra xeyriyyə işləriylə məşğul olan Nazpərvər xanımın bir daha övladı olmadı. Sultan Mehmed Rəşadın vəfatından sonra 1918-ci ildə Üsküdar sarayına köçürüldü və ömrünün sonunadək burada yaşadı. 9 mart 1929 tarixində burada vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn olundu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.