From Wikipedia, the free encyclopedia
Nazim Məmmədov (azərb. Nazim Akif oğlu Məmmədov; 8 oktyabr 1958, Bakı) — professor.
Nazim Məmmədov | |
---|---|
Nazim Akif oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Həyat yoldaşı | Səidə Səfiyeva |
Uşağı | Dilbər Məmmədova |
Atası | Akif Məmmədov (həkim) |
Anası | Rəna Əliyeva |
Təhsili | Bakı Dövlət Universiteti (1976-1981) |
Tanınır | professor |
Nazim Məmmədov 1958-ci il oktyabr ayının 8-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası tibb elmləri doktoru, professor Akif Əliş oğlu Məmmədov (1928-1985) Azərbaycan Tibb İnstitutuda və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Biokimya kafedrasının müdiri olmuş, anası Rəna İsgəndər qızı Əliyeva (1932-2016) tibb elmləri doktoru, dosent, pediatriya və virusologiya sahəsində işləyib. Babası İskəndər Əli oğlu Əliyev (1906-1972) 1936-cı ildə Azərbaycan SSR Xalq Yüngül Sənaye naziri və SSRİ Ali Sovetinin deputatı olub. Nənəsi Pəri Əbdülhüseyn qızı Həsənova (1908-1992) Azərbaycanın ilk qadın jurnalistlərindən olub. Pəri Həsənova 1930-cu illərdə "Şərq Qadını" jurnalıda məsul katib olub. Nənəsinin qardaşı Dr. Dadaş Həsənov (Həsənzadə) 1923-1926-cı illərdə Müsavat partiyasının Mərkəzi Komitəsinin (MK) sədri olub.
Nazim Məmmədov 1975-ci ildə orta məktəbi, 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
Nazim Məmmədov 1981-1984-cü illərdə Təbiətin Mühafizəsi Komitəsinin Hidrobiologiya laboratoriyasında elmi işçi işləyib. O, Xəzər dənizində fitoplankton və zoobentos üzrə araşdırmalar aparıb. Məmmədov 1984-cü ildə Elmlər Akademiyasında Botanika üzrə aspiranturaya daxil olub, elmi işi üçün Moskva Dövlət Universitetinə göndərilib və 1988-ci ildə Bakıya qayıdaraq dissertasiyasını müdafiə edib. O, Elmlər Akademiyasının Botanika İnstitutunda elmi işçi, baş elmi işçi, doktorant olub. Nazim Məmmədov 1994-cü ildə Londona Botanika Bağına konqresə dəvət olunur, orada üç məruzə ilə çıxış edir və işlərini çap edir. Həmin ildə Amherst şəhərindəki Massaçusets Universitetinə dəvət olunur və orada post-doktor kimi Dərman Bitkiləri Laboratoriyasında elmi tədqiqat aparır. Nazim Məmmədov həmin universitetdə professora qədər yükəslir. 2005-ci ildən həmin universitetdə dərman bitkiləri üzrə dərs deyir, həmçinin 2005-2009-cu illərdə Mount Holyoke College Ethnobotany fənnindən dərs deyib.
Nazim Məmmədov 100-ə qədər elmi işin müəllifidir. O, 1990-cı ildə Azərbaycanda işlədiyi zaman həmkarları ilə birlikdə yeni dərman bitkisi aşkar etmişdir. 1980-cı illərdə Azərbaycanda ilk dəfə faydalı yem, qida və dərman bitkisi olan amarant növlərini əkir, introduksiya edir və onların üzərində elmi tədqiqatlar aparır.
Həyat yoldaşı Səidə Səfiyeva da 1983-cü ildə BDU-nun Biologiya fakültəsini bitirib. Amerikaya gələndən bir müddət sonra təhsili davam etdirərək 1999-cu ildə Masaçusets Universitetində magistr dərəcəsinə yiyələnib. Hazırda həmin universitetin laboratoriyasında kimyaçı işləyir.
Nazim Məmmədovun qızı Dilbər Məmmədova Masaçusets Universitetində ictimai səhiyyənin təşkili üzrə ali təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib. Hazırda Kolumbia Universitetində öz ixtisası üzrə magistr təhsili alır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.