İsmayıl xan hamamı

Azərbaycanın Naxçıvan şəhərində yerləşən hamam və tarix-memarlıq abidəsi From Wikipedia, the free encyclopedia

İsmayıl xan hamamımap
Remove ads

İsmayıl xan hamamı və ya Şərq hamamıAzərbaycanın Naxçıvan şəhərində yerləşən hamam və tarix-memarlıq abidəsi.

Cəld faktlar Ölkə, Şəhər ...
Remove ads

Hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərarı və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

Remove ads

Haqqında

İsmayıl xan hamamı Naxçıvan şəhərində, H. Əliyev prospekti və Təbriz küçəsinin kəsişməsində, Dədə Qorqud meydanında yerləşir.[1] XVIII əsrin ortalarına aid olan hamam giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə və ocaqxanadan ibarətdir. Ümumi sahəsi 526 m²-dir.[1][2] Düzbucaqlı formada olan hamam bişmiş kərpiclə inşa olunub.[1] Çatmatağlı portalının eksteryeri kaşılarla bəzədilib. Soyunma zalı səkkizbucaqlı formadadır.[3] Zalın divarları boyunca 6 ədəd dərin taxça yerləşir. Yuyunma zalının iki keçidi var. Keçidlərdən biri digər otağa açılır. Zalın mərkəzində 2x2 metr ölçüdə çarhovuz inşa edilib. 108 m² sahəsi olan zalın tavanı sferik günbəzlə örtülüb. Hamam zalların divarlarına yerləşdirilmiş kiçik pəncərələr və günbəzin üstündəki bacalarla işıqlandırılır.[1]

Hamamın xəzinəsi binanın qərbində, yuyunma zalına bitişikdir.[4] Su təchizatı kəhriz vasitəsilə ödənilir.[5] Otaqlara istilik yeraltı kanallar vasitəsilə verilir. Hamam Naxçıvanın hakimi olmuş Kərim sultan Kəngərlinin oğlu İsmayıl xan tərəfindən tikilib.[4][6][7]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8]

2005-ci ildə hamam əsaslı şəkildə bərpa olunub.[3][9][10]

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə hamam ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.[11]

Remove ads

Mənbə

Loading content...
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads