Narınclar
Ağdərə rayonunda kənd From Wikipedia, the free encyclopedia
Ağdərə rayonunda kənd From Wikipedia, the free encyclopedia
Narınclar (əvvəlki adı: Nareştar) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Narınclar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Nareştar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Nareştar kəndi Narınclar kəndi adlandırılmışdır.[3] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Narınclar kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]
Narınclar | |
---|---|
40°02′33″ şm. e. 46°24′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin keçmiş adi Qoca Qurt olmuşdur. Oykonim təhrifə uğrayaraq Nareştar variantında da qeydə alınmışdır. 1992-ci ildə kəndin adı Narınclar kimi rəsmiləşdirılmışdır. Yaşayış məntəqəsi narişlar nəslinin məskunlaşması nəticəsində yaranmışdır.[5] Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar.
Kənd dağətəyi ərazidə yerləşir.
Aydoğan yurd, Qızılyoxuş yurdu, Dikdaş yurdu, Taxtalar yurdu, Taxtabuşduyal yurdu, Taxtabaşı yurdu, Pirin dağı yurd.
Qazı bulağı, Kor bulaq, Təhnəli bulaq, Qurban bəyin bulağı, Novruz çalanın bulağı, Göy bulaq, Təhməzin bulağı, Türvəndənin bulağı, Kup bulaq, Sızqa bulaq, Turş su, Hidinin bulağı, Sulu qaya.
Dəflər, Göydərə, Taxtapuşlu yal,Böyük Aşıq Səlim yurdu, Kiçik Aşıq Səlim yurdu, Pirin dağı,Qızıl yoxuş Aydoğan dağı, Yurdlar, Qanqallı, Saryal, Bacıxanımdüşən, Qərvənd yalı, Qırmızı güney, Böyükdüz, Əlinin yeri, Durağın yurdu, Adıgözəlin zağası, İbrahim düşən, Çoban yurdu, Yumrutəpə, Sarıqaya, Qaraqaya, Bulağın dərəsi, Qızıl yoxuş, Sulu Qaya, Xam Qaya, Duva Daşı, Plan qoyulan, Kəmərlər, Cındırlı Pir, Yasovullar, Battaxlı, Qaraqaya, Qərvənd Yurdu, Ağqaya, Gülmalıölən dərə, Qumqazılan, Xaçın çayı.[6]
Dəmirli tovla binəsi, Damlar binəsi, Qərvənd yurdu,Sırxavənd yurdu,Dəyirmanın üstü binə,Çala yurd,Dəflər,[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.