Remove ads
From Wikipedia, the free encyclopedia
Napoleon məcəlləsi (fr. Code Napoléon), həmçinin Mülki məcəllə (fr. Code civil) — mülki hüququn genişmiqyaslı sistemə salınmasını təmsil edən və dünyanın bir çox ölkələrində sonrakı kodifikasiya prosesinə güclü təkan verən Fransanın fundamental qanunvericilik aktı.
Napoleon məcəlləsi | |
---|---|
İlk nəşr | 21 mart 1804 |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin əvvəllərində Fransa Respublikasının ilk konsulu Napoleon Bonapartın təşəbbüsü ilə işlənib hazırlanmış və qəbul edilmişdir. Bu günə qədər də dəyişikliklər və əlavələrlə qüvvədədir. Məcəllənin hazırlanmasında məqsəd Fransada qüvvədə olan, həm hüquqi adətləri, həm də müxtəlif tənzimləmələri özündə birləşdirən xaotik və müxtəlif mülki hüquq mənbələrini əvəzləmək idi. Yeni məcəllə fiziki şəxslərin statusu, nikah və ailə münasibətləri, mülkiyyət hüquqları, vərəsəlik və öhdəliklər haqqında institusional sistemə uyğun qurulmuş hüquq normalarını özündə əks etdirən üç (hazırda beş) kitabdan ibarət idi.
Böyük Fransa inqilabından dərhal sonra qəbul edilmiş Napoleon kodeksi Fransa hüququnun müxtəlif mənbələri - Roma hüququ, adət-ənənələr, kral fərmanları, habelə inqilabi qanunvericilik arasında bir növ kompromis idi; əlavə olaraq onun tərtibində hüquq elminin nailiyyətlərindən geniş istifadə edilmişdir. Məcəllə mövcud sinfi fərqləri və imtiyazları rədd edərək, yeni burjua cəmiyyətinin formalaşmasının əsaslarından biri kimi öz normalarında ailə münasibətlərinin dünyəviləşdirilməsini, mülki əməliyyatlarda iştirakçıların bərabərliyini, xüsusi mülkiyyətin toxunulmazlığını, mülki müqavilələr bağlamaq azadlığı və eyni zamanda nikah və ailə haqqında XVIII-XIX əsrlərin başlanğıcı üçün xarakterik olan patriarxal baxışları təsbit etdi. Hüquq texnologiyası nöqteyi-nəzərindən məcəllə özünün ahəngdar təqdimatı, çevikliyi, tərtibat və təriflərin aydınlığı ilə seçilir ki, bu da mütərəqqi normalarla yanaşı, Avropa, Amerika və dünyanın digər ərazilərində onlarla ölkənin hüquq sistemləri tərəfindən mənimsənilməsinin əsas səbəblərindən biri olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.