Andromeda qalaktikası və ya Andromeda dumanlığı (həmçinin, Messye 31 (M31), və ya (Y.Dreyer kataloquna görə) NGC 224 adlandırılır. Türk mifologiyasında "zəncirlənmiş qız" adlandırılır.) — Göyün Şimal yarımkürəsinin ən parlaq qalaktikası, bizim qalaktikaya, Süd Yoluna ən yaxın olanlardan biri. Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Andromeda bürcü istiqamətində yerləşir. Andromeda bürcündə adi gözlə zəif işıqlanan duman ləkəsi kimi görünür. Andromeda qalaktikası ilk dəfə ərəb astronomu as-Sufinin əsərində «kiçik buludcuq» kimi xatırlanmışdır. Bu qalaktikanı 1614-cü ildə teleskopun köməyi ilə alman astronomu Ş.Marius kəşf etmişdir. 1925-ci ildə 2,5 m-lik teleskop vasitəsilə Andromeda qalaktikası ilk dəfə ulduzlar aşkar edildikdən sonra onun ulduz təbiətli olduğu müəyyən edilmişdir. Andromeda dumanlığının bucaq ölçüləri (foto şəkillər vasitəsilə ölçülmüş) təxminən 200′×90′, xətti ölçüsü isə 40×20 kiloparsekdir (kpk). Yerdən məsafəsi 700 kpk-dir. Radioşüalarda uzunluğu, onun optik xəyalından böyükdür. Andromeda dumanlığının bizim Qalaktikaya oxşarlığı çoxdur. Bu iki ulduzlar sistemi nəhənglər sırasına aiddir, spiral quruluşludur və yaşları təqribən eynidir. Onlar qalaktikaların qruplaşma məkanına daxildirlər və onun ən iri və ağır üzvləridirlər, lakin Andromeda qalaktikası bizim qalaktikadan böyük və ağırdır. Onun morfoloji tipi Sb kimi təyin olunur, yəni bu kifayət qədər güclü sferoidal komponentli və tam inkişaf etmiş spiral qolları ilə fərqlənən spiral qalaktikadır. Andromeda dumanlığı elliptik formada görünür və nüvəsi ikilidir; onun komponentləri bir-birindən təxminən 2 pk aralıdırlar, belə ki, nüvə komponentlərindən birinin mərkəzində kütləsi təqribən 50 mln Günəş kütləsinə bərabər qara deşik mövcud olduğu ehtimal edilir. Qalaktikanın halosundə təxminən 400 kürəvi ulduz topaları müəyyən olunub, onun kənarında isə – 10 cırtdan qalaktikalar aşkar edilmişdir. Onlardan biri (M 32) elliptik, qalanları isə sferoidaldır və bunların hamısına Andromeda dumanlığının peyki kimi baxılır. Mərkəzdən 30 kpk məsafəyə qədər qaz diskinin fırlanma sürəti ilə ölçülən Andromeda dumanlığının kütləsi təxminən 3.1011 Günəş kütləsinə bərabər olmuşdur. Daha böyük məsafələrdə ulduzları və qazı müəyyən etmək qeyri-mümkündür, lakin mərkəzdən təxminən 100 kpk məsafəyədək peyklərin hərəkət sürəti ilə təyin olunan Andromeda qalaktikasının kütləsi təxminən 1012 Günəş kütləsinə bərabərdir.[9][10]
Qalaktika | |
Andromeda qalaktikası | |
---|---|
Tədqiqat tarixi | |
Kəşf edən |
alman astronomu Ş.Marius Almaniya |
Kəşf tarixi | 1614 |
İşarələmə | PGC 2557 • M 31 • UGC 454 • MCG 7-2-16 • CGCG 535-17 • Andromeda nebula |
Müşahidə məlumatları (J2000 dövrü) |
|
Bürc | Andromeda |
Birbaşa çıxma | 0s 42d 44.3san[1] |
Meyl | +41° 16′ 0″ |
Görünən ölçüləri | 189.10 x 61.7[2] |
Görünən ulduz ölçüsü mV | 3,44 ± 0,03[3] |
Xüsusiyyətləri | |
Tipi | Sb |
Radial sürəti | −300 ± 4 km/san[4][5] |
Qırmızıya sürüşmə | −0,000677[6] |
Məsafə | 0,82 Mpk[7] |
Səth parlaqlığı | 13.5[2] |
Mütləq ulduz ölçüsü (V) | −21,5 |
Kütləsi | 800.000.000.000 ± 100.000.000.000 M☉[8] |
Radius | 110.000 işıq ili |
Verilənlər bazalarında məlumat | |
SIMBAD | M 31 |
Vikidatada məlumat ? | |
Vikianbarda əlaqəli mediafayllar |
Xarici keçidlər
- SEDS
- WikiSky-da Andromeda qalaktikası: DSS2, SDSS, GALEX, IRAS, Hidrogen α, X-Ray, Astrofoto, Göy xəritəsi, Məqalələr və şəkillər
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.