Nəsimi adına Mədəniyyət və İstirahət parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Nəsimi adına Mədəniyyət və İstirahət parkı — Sumqayıtda park.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən mədəniyyət və istirahət parkı yaradıldı. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlığı olan 39 növ ağac – Eldar və Alp şamları, Ağcaqayın, Akasiya, Küknar, Qovaq ağacları və s. cərgələrə düzüldü. Yaşıllaşdırma yüksək ixtisaslı mütəxəssislərə – aqronomlara, bağbanlara həvalə edildi. Şəhər əhalisinin sağlamlığında parkın yaşıl ərazisi ilə yanaşı, çimərlik zonası da əhəmiyyətli rol oynayır. İldən-ilə genişlənən, gözəlləşən parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi Nəsiminin adı verilmişdir. Elə həmin ildə V. Nəzirov və A. Quliyevin müəllifi olduğu "Sülh göyərçini" abidəsinin qoyulması parkı daha da gözəlləşdirdi.
1981-ci ildə "Yay estradası"nın açılışı, "Rəqs meydançası"nın təşkili, kafelər, müxtəlif qurğulu yelləncəklər, mexaniki attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin nümayişi, şair və yazıçılarla görüşlərin təşkili, əmək, ədəbiyyat və incəsənət günləri ilə əlaqədar keçirilən ənənəvi tədbirlərin əsas ünvanı məhz İ. Nəsimi adına mədəniyyət və istirahət parkıdır.
Ağır faciələrə sinə gərmiş, mətinləşmiş Sumqayıtın yüzlərlə şəhid balasının son məkanı, şəhər əhalisinin ziyarətgahına çevrilən "Şəhidlər xiyabanı" parkın şərq hissəsində yerləşir. 20 Yanvar şəhidlərinə həsr edilmiş abidə (1991-ci il) və "Ulduzlar" abidəsi (1999-cu il) sumqayıtlıları tarixi unutmamağa çağırır.
Yuxarıda qeyd olunan heykəltəraşlıq nümunələrinin müəllifi, şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə 07.10.2003-cü il tarixdə dahi Azərbaycan şairi İ. Nəsiminin abidəsi üçün Xəzərin sahili və yaşıllığa qərq olmuş parkın görkəmli mənzərəsinin ovuc içi kimi göründüyü yüksəklikdə ünvan seçdilər.
Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hal-hazırda ümumi sahəsi 80 hektardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, İ. Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.