From Wikipedia, the free encyclopedia
Nərgiz Eldar qızı Bağırzadə (17 dekabr 1979, Bakı, Azərbaycan SSR) — azərbaycanlı ssenarist.
Nərgiz Bağırzadə | |
---|---|
Nərgiz Eldar qızı Bağırzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Nərgiz Bağırzadə 17 dekabr 1979-cu ildə Bakıda anadan olub. Qərb Universitetində (1996-2000) təhsil alıb. 2004-cü ildə ÜDKİ-in ssenari fakültəsinə daxil olub (Rüstəm İbrahimbəyovun emalatxanası). 2007-ci ildən Rüstəm İbrahimbəyovun Kino Məktəbinin kinorejissorluq fakültəsinin tələbəsidir. 2004-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışıb. 2004-cü ildən yazıları "Литературный Азербайджан" jurnalında dərc olunmağa başlanıb. 2006-cı ildə "Bazar ertəsi artıq külək əsməyəcək" (А в понедельник ветра уже не будет) tammetrajlı film ssenarisi VGİK-in festivalında iştirak edib. 2007-ci ildə "Lotereya bileti" (Лотерейный билет) hekayəsi "Мир литературы" jurnalında dərc olunub. "Buludlarda" (В облаках, 2007) qısametrajlı bədii filmin ssenari müəllifi, "Həmişəki kimi" (Как всегда, 2008) qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir.
2024-cü ildə ssenari müəllifi olduğu "Qızcığaz" filminin Rusiyada premyerası keçirilmişdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.