NərəcanAzərbaycan Respublikası Xaçmaz rayon inzibati ərazi vahidində kənd.

Cəld faktlar Ölkə, Rayon ...
Nərəcan
41°32′13″ şm. e. 48°45′06″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Xaçmaz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 63 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2725
Xəritəni göstər/gizlə
Thumb
Nərəcan
Nərəcan
Bağla

Tarixi

Rəvayətə görə Şəki (Nuxa) rayonunun (hal hazırda Qəbələ rayonunun ərazisində yerləşən Mıxlı qovaq kəndindən) bir qrup əhali Xaçmaz tərəfə gəlmiş (gəlməklərinin səbəbi oradaki mübahisəli həyatları olub) və təqribən indiki Nərəcan kəndi ərazisində durmuşlar. Türk dilində nərə-yəni hara deməkdir. Elə kəndin adida oradan gəlir. Yəni haracan (nərəcan). 1905 və 1918-ci ildə kənd ərazisinə ermənilər basqın etmişdir. Bir çox evləri yandırmışlar və bir çox vəhşiliklər etmişlər.

Mədəniyyəti

Kənd ərazisində 2 məscid var. Həmçinin burada fəaliyyət göstərməyən klub da var.

Coğrafiyası və iqlimi

Kənd Xaçmaz və Xudat şəhərləri arasında Qusarçay çayının sağında yerləşir.

Əhalisi

Əhalinin əksəriyyəti yerli, həmçinin burada başqa millətlər də var (tat, söbülü və s.). Əhali hamısı müsəlmandır.

İqtisadiyyatı

Kənd ərazisində kifayət qədər mağaza (məişət, ərzaq, tikinti materialları), çayxana, un fabriki, 2 aptek, 2 qəssabxana, bərbərxana və s. var. Həmçinin burada kənd əhalisinə məxsus olan bağlar da var.

Təhsil

Burada 2009-cu ildə yeni məktəbin açılışı olub. Məktəb şəhid Cəbiyev Cavidin adını daşıyır. Məktəbin hər il təqribən 30 məzunu olur və hər il təqribən 10 məzun ali məktəblərə qəbul olur.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.