Azərbaycanlı sovet alimi From Wikipedia, the free encyclopedia
Muxtar Mahmud oğlu Məlik-Aslanov (az. Muxtar Mahmud oğlu Məlik-Aslanov; 27 yanvar 1927, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ – 20 sentyabr 1996, Bakı, Azərbaycan Respublikası) — avtomatlaşdırma sahəsində Azərbaycanlı sovet alimi, Azərbaycan Energetika Nazirliyi sədri, SSRİ Dövlət Mükafatı laureatı.[1][2][3]
Muxtar Aslanov | |
---|---|
Muxtar Mahmud oğlu Məlik-Aslanov | |
Doğum tarixi | 27 yanvar 1927 |
Doğum yeri | Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 20 sentyabr 1996 (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Dəfn yeri | |
Həyat yoldaşı | Solmaz xanım |
Uşaqları | Rüfət, Afaq, Gülnarə |
Atası | Mahmud |
Anası | Aftab xanım |
Elmi dərəcəsi | |
Mükafatları |
Muxtar 1927-ci il yanvarın 27-də Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
30-cu illərin repressiyaları zamanı ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün atası Mahmud Məlik-Aslanov "Aslanov" soyadını götürməyə qərara gəlir.
1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.
1949-cu ildə təhsilini bitirən Muxtar neft mədənlərində texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində işləyib, həmçinin Sumqayıt və Bakının neft-kimya sənayesində rəhbər vəzifələrdə çalışıb.
Sovet ittifaqı komunist partiyası mərkəzi komitəsi və SSRİ Nazirlər Sovetininnin 6 noyabr 1969-cu il tarixli qərarı ilə SSRİ Dövlət Mükafatı verildi.
"Azərneft" və "Azərdəniz" neft birliklərində fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar Mühəndisi, Əməkdar Neftçi fəxri adlarına layiq görülmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.