Musa Bağırov (10 may 1932 – 11 may 2022) — ssenari müəllifi, rejissor, Azərbaycan yazıçısı. Əməkdar incəsənət xadimi
Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Bağla
Musa Bağırov 10 may 1932-ci ildə anadan olub.[1]
Tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.[2]
Professor Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilmişdir. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yarandı. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik etmişdir. [3]
Musa Bağırov həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir. Onunla bağlı film çəkmiş (General Aslanov (film, 1970)), barəsində 1988-ci ildə rus dilində nəşr olunmuş "Generalın yolu", 1999-cu ildə Azərbaycan dilində işıq üzü görmüş "Sərkərdənin taleyi" kitablarının müəllifidir. [4]
Musa Bağırov 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib.[2]
Rejissor kimi
- Mənim dostum (film, 1963) (qısametrajlı sənədli film)
- Divlər sarayı (film, 1968) (qısametrajlı sənədli film)
- Azərbaycanın səhnə ustaları (film, 1965) (tammetrajlı sənədli film)
- İncəsənət veteranı (film, 1966) (qısametrajlı sənədli film)
- Dostların görüşü (film, 1967) (qısametrajlı sənədli film)
- Bülbül (film, 1968) (qısametrajlı sənədli film)
- Azərbaycan milisinin tarixi (film, 1969) (tammetrajlı sənədli film)
- Mehdi Hüseyn (film, 1969) (qısametrajlı sənədli film)
- General Aslanov (film, 1970) (qısametrajlı sənədli film)
- Qurultaydan qurultaya (film, 1970) (qısametrajlı sənədli film)
- Azərbaycan miniatürləri (film, 1971) (qısametrajlı sənədli film)
- Yazıçının bir günü (film, 1971) (qısametrajlı sənədli film)
- Çobanbayatı (film, 1972) (qısametrajlı sənədli film)
- Zaqatala (film, 1972) (qısametrajlı sənədli film)
- Dəniz cəsurları sevir (film, 1973) (qısametrajlı sənədli film)
- Peşimançılıq (film, 1974) (qısametrajlı sənədli film)
- Şəhərin estetikası (film, 1973) (qısametrajlı sənədli film)
- Uzunömürlü ağaclar (film, 1974) (qısametrajlı sənədli film)
- EKSPO-75 (film, 1975) (qısametrajlı sənədli film)
- Neft Daşlarının 25 illiyi (qısametrajlı sənədli film)
- Yaşıl boyunbağı (film, 1975) (qısametrajlı sənədli film)
- Qələbənin yolları (film, 1976) (qısametrajlı sənədli film)
- 60 il keşikdə (film, 1977) (qısametrajlı sənədli film)
- 1990-cı ilin adamı (film, 1977) (qısametrajlı sənədli film)
- Azərbaycanın odla mübarizə aparanları (film, 1978) (qısametrajlı sənədli film)
- İnsana qayğı (film, 1978) (qısametrajlı sənədli film)
- Bizim günlərin mahnıları (film, 1979) (qısametrajlı sənədli film)
- Yoldaş Alyoşa (film, 1979) (qısametrajlı sənədli film)
- Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)
- 60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film)
- Belə bir kənd var (film, 1981) (qısametrajlı sənədli film)
- Vahid ailədə (film, 1982) (qısametrajlı sənədli film)
- Beşilliyin addımları (film, 1986) (qısametrajlı sənədli film)
- İnersiyasız düşünmə (film, 1988) (qısametrajlı sənədli film)
- Vətən sərhəddən başlanır (film, 1988) (qısametrajlı sənədli film)
Ssenari müəllifi kimi
- Azərbaycanın səhnə ustaları (film, 1965) (tammetrajlı sənədli film)
- İncəsənət veteranı (film, 1966) (qısametrajlı sənədli film)
- Azərbaycan milisinin tarixi (film, 1969) (tammetrajlı sənədli film)
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (çoxseriyalı sənədli televiziya filmi)(3-cü seriya)
- Peşimançılıq (film, 1974) (qısametrajlı sənədli film)
- 60 il keşikdə (film, 1977) (qısametrajlı sənədli film)
- Azərbaycanın odla mübarizə aparanları (film, 1978) (qısametrajlı sənədli film)
- Azərbaycanın xoşbəxt torpağı (film, 1980) (qısametrajlı sənədli film)
Montaj rejissoru kimi
- Monrealda Azərbaycan günü (film, 1967) (qısametrajlı sənədli film)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.