Mumlu kağız
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mumlu kağız (onion skin) – cizgi filmlərinin yaradılması və filmlərin redaktəsində: bir neçə kadrı eyni zamanda görmək üçün istifadə olunan texnika. Animator, yaxud redaktor bu yolla ardıcıllıqda olan görüntünün əsasında yeni görüntünü necə yaratmaq və ya dəyişdirmək haqqında qərar qəbul edə bilər. Ənənəvi animasiyalarda filmin ayrıca kadrı ilkin olaraq işıq mənbəyinin üzərində yerləşdirilmiş mumlu kağızın üzərinə çəkilirdi. Animatorlar üzərində işlənilən rəsmin altına öncəki və sonrakı rəsmləri elə dəqiqliklə qoyurdular ki, hamar hərəkəti almaq üçün aralıq rəsmi çəkə bilsinlər. Kompüter proqramlarında isə bu effektə, yarımşəffaf kadrlar hazırlayıb və sonra onları bir-birlərinin üzərinə proyeksiya etməklə nail olunur.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.