Mitanni dövləti— bizim eradan əvvəl 16-13 əsrlərdə Mesopotomiya ərazisində olmuş qədim dövlət.

Mitanni dövləti xəritədə

Tarixi

Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, FinikiyanıFələstini özünə tabe etmişdi.

Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə əlaqələr saxlayırdı. Ell-Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi.

Mitanni əhalisi mənşəyinə görə, əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də onlardan o qədər seçilmədiyini göstərir.

Bizə məlum olan ilk Mitanni şahı I Şuttatnadır e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə Parattarna şahlıq etmişdir. Mənbələrdən bizə məlum olan Mitanni şahlarının ən qüdrətlisi Saussadattar olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: "Saussadattar Parsadattapın oğlu Mitanni şahı".

Saussadattar Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründə şahlıq etmişdir. Buna baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, Arabxah, Kadmuq, İsuv və Alziyə qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə və sərvətinə görə Mitanni Misirdən çox geri qalırdı. Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin ən yüksək zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və Fələstinə işğalçı yürüşlər təşkil edir, lakin hər dəfə də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı və bu sülh firon IV Tutmosun Mitanni şahzadəsi ilə nikahına əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amen-xotepə məktubunda deyilir: "III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan sonra o, (Artadama ) qızını verdi". Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi ərazisi uğrunda illərlə davam edən mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenhotep Mitanni şahı II Şuttarnaşm qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi. Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna birinci məktubunu yazır: "Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım Kellu-Xebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına, əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə əmin-amanlıq arzulayıram. Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna görə də o, mənim bacımı sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı. Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən I oğlan və I qız göndərmişəm. Qardaşıma isə hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl boyunbağı, bir cüt qızıl sırğa və ətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə və Tunibivrini göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam gətirsinlər və mən bunu eşidim." Ell-Amarndakı məktubdan məlum olur ki, III Aminxotep öz səfirini Mitanniyə göndərmiş və Turşattanın qızı Tadu-xebanı istəmişdir. Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: "böyük şaha, Misir şahına, mənim qardaşıma. Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın ürəyini kədərləndirmədim və dedim: "Mən razıyam." qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane onu görən kimi çox xoşhal oldu". Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl – bəzək əşyalarından, bürünc, parça – paltar, ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nikah III Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu. Misir taxt-tacına IV Aminhotep sahib olandan sonra Turşatta hədiyyə olaraq ona qiymətli əşyalar göndərdi və xatırlatdı ki, o, Mütaniyə hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və hətta qızıl heykəlciklərin yerinə ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi. Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepə ərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba, sonra onun oğlu III Aminxotepin arvadı oldu. III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən əcnəbi şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə lazım olan siyasi istiqamətlərdə fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq fironunun arvadları deyildilər. Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli xidmətçilərinin varisi oldu. Turşatta onu yenə də yeni fironun "arvadı" hesab edirdi, amma Misir mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar.

Ədəbiyyat

  • Древняя литература Малой Азии. М., 1977
  • Дьяконов И. М. Арийцы на Ближнем Востоке: конец мифа // "Вестник древней истории". 1970. № 4.
  • Дьяконов И.М., Неронова В. Д., Свенцицкая И.С. История Древнего Мира т.1. Ранняя Древность: в 3-ех т. – М.:Издательство "Наука", 1989
  • Оджалан А. От Шумерского государства жрецов к демократической цивилизации. — Том 2. — М., 2003. — 464 с.
  • Янковская Н. Б. Землевладение большесемейных домовых общин в клинописных источниках // "Вестник древней истории". 1959. № 1.
  • Янковская Н. Б. Communal Self-Government and the King of Arrapha // "Journal of the Economic and Social History of the Orient". 1969. V. 12, pt 3.
  • Kammenhuber A. Die Arier im Vorderen Orient. Hdlb., 1968.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.