Misir ehramları
misirdə yerləşən 7 möcüzədən biri From Wikipedia, the free encyclopedia
misirdə yerləşən 7 möcüzədən biri From Wikipedia, the free encyclopedia
Misir ehramları və ya Firon təpələri[1][2] — dünyanın yeddi möcüzəsindən biri.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Misir ehramları
|
Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.
Güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə Qədim Xanədanlıq dövründə inşa edilmişdir. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır.
Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. İlk pramida Coserə məxsusdur. Giza ehramları digər ehramlardan əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyildir.
Firon Xeopsun oğlu Xefren üçün tikilmiş ehramın hündürlüyü 136 metrə çatır. Onun yalnız təpə hissəsində örtükvari daş bloklar mövcuddur. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və bu giriş "ölülər" otağına aparır.
Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər mövcuddur. Onların bir-neçəsini sizlərə təqdim edirik:
a. Xeops ehramının hündürlüyü 47 metrə bərabərdir. Xeops ehramının hündürlüyünü bir milyard rəqəminə vursaq, alınan rəqəm təxminən Günəşlə Yer arasındakı məsafəyə bərabər olacaqdır: 149 504 000 km.
b. Ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.
c. Xeops ehramının ətraf yanlarının uzunluğu hündürlüyünün iki mislinə bölündükdə П = 3.14 alınacaqdır.
Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı isə 62 metrdir və firon Xefrenin oğlu üçün tikilmişdir.
İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır; əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2.5 milyon kubmetrlik daşı haradasa 250 000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunur. Halbuki ehramlar 20–30 il ərzində tikilmişdir.
Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 30 metr hündürlüyü, 70 metr uzunluğu olan bu heykəlin adı qədim Misir sözü "sezp-ahne"dən (Diri görünüş) törəyib.
Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiş toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub.Ancaq bu hələ dəqiq deyil.Çünki bəzi fərziyyələrə görə Napoleon Bonapart doğulduqdan 400 il əvvəl sfinksin burnu qopmuşdu.Bunu Məhəmməd Saim 1378-ci ildə etmişdi.Kəndlilərin sfinksə itaət etməsi Məhəmmədi hiddətləndirmiş və o vurub heykəlin burnunu sındırmışdı.Qəzəblənmiş kütlə isə əməlinə görə Məhəmmədi ölənədək döymüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.