From Wikipedia, the free encyclopedia
Mir Hidayət Hesari (1930, Culfa, Şərqi Azərbaycan ostanı – Tehran) — İranda tanınmış azərbaycanlı alim.
Mir Hidayət Hesari 1930-cu ildə Güney Azərbaycanın Culfa şəhərində doğulub.
Mir Hidayət Hesari fevralın 10-da vəfat edib. O, uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib[1].
Mir Hidayət Hesari İranda məşhur azərbaycanlı cərrah və alim doktor Cavad Heyətin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində buraxılan “Varlıq” jurnalının əməkdaşlarından olmuş Mir Hidayət Hesari Azərbaycan və fars dillərində onlarla əsərin müəllifidir.
İranda Azərbaycan dili, ədəbiyyatı və folklorunun tanınmasında böyük əməyi olan alim Azərbaycan və fars dillərində çıxan “Aşıqlar məclisi”, “Mənzum türkcə “Şahnamə”, “Azərbaycan folkloru” (3 cilddə), “Günəşsiz günlər” (şeir divanı), “Azərbaycan nağılları və onların Avropa xalqlarının ədəbiyyatındakı oxşarları”, “Türkcə qədim tibb kitabları”, “Füzulinin biblioqrafiyası”, “Füzulinin məmduhları”, “İranda türkcə əlyazma kitablar”, “Türk qadınları tarixdə”, “Azərbaycan dilində atalar sözləri”, “Azərbaycan dilində tapmacalar”, “Azərbaycan dilində deyimlər”, “Dədə Qorqud Kitabını incələyək”, “Fars dilində türk sözləri”, “Kiçik hekayələr toplusu” və başqa kitabların müəllifidir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.