From Wikipedia, the free encyclopedia
Milliyyətçi Partiyası (ing. Nationalist Party, malta Partit Nazzjonalista) — Maltada Xristian Demokratik oriyentasiyaya sadiq qalan iki əsas siyasi partiyadan biri (Leyboristlər Partiyası ilə birlikdə).
Milliyyətçi Partiyası Partit Nazzjonalista | |
---|---|
Lideri | Simon Busuttil |
Quruluş tarixi | 1880 |
İdeologiya | mühafizəkarlıq, Avropaya meyllik |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
|
Saytı | pnm.org.mt |
Vikianbarda əlaqəli mediafayllar |
Partiya 1880-ci ildə Fortunato Mizzi tərəfindən Anti-Reformist Partiya olaraq qurulub. Maltanın təhsil və hüquq sistemlərinin ingilisləşdirilməsinə qarşı çıxış edən bir partiya vardır. Partiyanın dəstək bazasını liberal italyanlar təşkil edirdi ki, bu da kilsə ilə münasibətlərin pisləşməsinə səbəb olur. Sonrakı illərdə partiya əvvəlcə müstəmləkəçi hakimiyyətlərlə və onların əleyhdarları ilə əməkdaşlıqdan imtinanı müdafiə edən bitərəflərə bölünür. Birinci Dünya müharibəsindən sonra partiya mötədil Malta Siyasi Birliyinə və daha radikal İtalyan-millətçi Demokratik Millətçi Partiyasına bölünür. 1924-cü ilə qədər İşçi Partiyasının dəstəyi ilə 1921-1927-ci illərdə Cozef Hovard, Françesko Buhadjira və Huqo Pasquale Mifsudun rəhbərliyi ilə hökuməti formalaşdırır. 1926-cı ildə partiyalar yenidən birləşərək 1932-ci ildə keçirilən seçkilərdə qalib gələrək 32 yerdən 21-ni alan İtaliyayönlü Millətçi Partiyasını quran Mifsudun başçılıq etdiyi hökuməti qurdular, lakin gələn il Böyük Britaniya Malta muxtariyyətini dayandırır. Milliyyətçi Partiyasının faşist İtaliyasına yaxınlığı İkinci Dünya müharibəsi zamanı bir sıra partiya liderləri, o cümlədən gələcək baş nazir Enriko Mizzi, italyanpərəst əhval-ruhiyyəyə görə Uqandaya deportasiya edilir. 1950-1955-ci illərdə partiya Leyboristlər Partiyasından ayrılan Malta Fəhlə Partiyasının dəstəyi ilə Malta hökumətini qurur.
1962-ci ildə muxtariyyət bərpa edildikdən sonra Corc Borqe Olivyenin rəhbərliyi ilə Milliyyətçi Partiya Leyboristlər Partiyasındakı parçalanmalar və böhranlar nəticəsində hakimiyyətə gələ bilir. Partiya 1971-ci ilə qədər hakimiyyətdə qalır. Bu dövrdə Maltanın müstəqilliyi 1964-cü ildə elan edilmişdir. 1981-ci ildə Eddi Fenexin Adaminin başçılıq etdiyi Millətçilər səslərin əksəriyyətini qazanır, lakin parlamentdəki yerlərin əksəriyyətini qazanmırı və nəticədə partiyadan olan deputatlar iclaslarda iştirakdan imtina edir. 1987-ci ildə milliyyətçilər yenidən hakimiyyətə gələrək 1996-cı ilə qədər hökuməti formalaşdırır. Onlar 1998-ci ildə hakimiyyətə qayıdır. 1990-cı ildə Malta Aİ-na üzv olmaq üçün danışıqlara başlayır və uğurlu referendumdan sonra 2004-cü ildə birliyə üzv olur.
Milliyyətçi Partiya Avropa Xalq Partiyasının bir hissəsidir və həm 2004, həm də 2009-cu il seçkilərində Avropa Parlamentində iki yerə sahib olur. Hər iki dəfə seçkiləri uduzur.
2008-ci ildə partiyanın yeni qərargahı açılır.
2013-cü il seçkilərinin nəticələrinə görə, o, parlamentdəki 69 yerdən 30-nu qazanır və müxalifətə keçir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.