From Wikipedia, the free encyclopedia
MiQ-35 (rus. МиГ-35, NATO kod adı: Fulcrum-F) — MiQ tərəfindən dizayn edilmiş rus çoxməqsədli qırıcı təyyarə. MiQ-29 təyyarələrinin daha da inkişaf etdirilmiş versiyasıdır. Bu təyyarələrin Qərbli rəqibləri Rafale və EF-2000 hesab olunur. Bu təyyarələrin radarlardan qaçmaq imkanı yoxdur. İlk dəfə olaraq 2007-ci ildə Aeo India 2007 sərgisində nümayiş etdirilmişdir. Yeni məlumat sistemi, radar sistemi, nişanalma sistemi və əlavə bir sıra müasir cihazlar ilə təchiz edilmiş olan hərbi təyyarədir. Vahidinin qiyməti təxminən 40 milyon ABŞ dollarıdır. Satış üçün iki versiyası təklif olunur: MiQ-35 (təkoturacaqlı) və MiQ-35D (cütoturacaqlı). Silahları isə aşağıdakılardır:
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
1. Hava-hava tipli Raketlər: R-73, R-77
2. Hava-yer tipli Raketlər: Kh-25, Kh-29, Kh-38
3. Gəmiyə qarşı Raketlər: Kh-31
4. Bombalar: KAB-500L, KAB-500KR
MiQ-35 “4++” nəslinə aiddir.
MiQ-29 yüngül qırıcısının ən son modifikasiyası olan bu təyyarə zahirən MiQ-29K/KUB və MiQ-29M/M2 təyyarələrinə bənzəsə də, quyruqdakı və qatlanan qanadları yoxdur.
Təyyarə “Klimov” SC-də istehsal olunmuş RD-33MK mühərrikləri ilə təchiz olunub. MiQ-35 təyyarəsinin ön şassisinin altında optik-elektron konteyner də var.
Həmçinin Rusiya Hava-Kosmik Qüvvələrindəki (HKQ) bütün yüngül qırıcıların MiQ-35 ilə əvəzlənməsi planlaşdırılır.
“MiQ” korporasiyasının baş direktoru İlya Tarasenkonun dediyinə görə, HKQ-yə ilk MiQ-35 qırıcıları 2018-ci ildə veriləcək.
MiQ-35 qırıcısı 3500 kilometrlik fəaliyyət radiusuna malikdir.
Ən müasir silahlarla və texnika ilə təchiz edilmiş MiQ-35 təyyarəsi eyni anda 30-dək hədəfi “müşayiət” edə bilir, 10 hədəfi eyni anda vurur. Üstəlik, bu təyyarə çox yüksək intensivliyə malik münaqişə arealında özünü “rahat” hiss edir.
Hazırlıqsız aerodromlardan da səmaya qalxa bilən qırıcının bütün idarəetmə sistemləri 4 ehtiyat variantına malik olduğundan həddən artıq etibarlı və keyfiyyətlidir.
Tam bir aviasiya kompleksi sayılan MiQ-35 dünyanın 50 ölkəsinin hərbi-hava qüvvvələrinə unifikasiya edilərək uyğunlaşdırılıb ki, bu da qırıcının satıcılıq və rəqabət qabiliyyətini xeyli artırıb.
Təyyarə iki variantdadır:
MİQ-35 yüngül qırıcısı ən son göyərtə avadanlığı və perspektiv silahlarla təchiz olunduğundan çox geniş spektrdə tapşırıqları yerinə yetirə bilir. Həmin tapşırıqlar arasında havada üstünlüyün əldə olunması; rəqibin 4-cü və 5-ci nəsil qırıcılarına qarşı effektiv müqavimət; mövcud hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və məhv edilməsi; istənilən hava şəraitində düşmənin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olmadan yerüstü və sudakı hədəflərin uzaqdan məhv edilməsi; optik-elektron və radiotexniki vasitələrdən yararlanmaqla hava kəşfiyyatının aparılması; avia qruplaşmasının idarəolunması məqsədli hava məntəqəsi-qərargahı funksiyasının yerinə yetirilməsi və s. var.
Qırıcı təyyarə mövcud “hava-hava” və “hava-yer” tipli raketlərlə yanaşı, düşmənin hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət zonasına daxil olmadan hədəfləri vurmağa imkan verən raketlərlə təchiz olunub.
2000-ci ildə hazırlanmağa başlanmış MiQ-35 yüngül qırıcısının ilk sınaqları 2007-ci ilin yanvarında keçirilib
“MiQ-35” təyyarələri “hava-hava” tipli “R-73”, “R-77”, “R-27” raketləri, “hava-yer” tipli “X-25”, “X-29”, “X-38” raketləri, gəmiyə qarşı “X-31” raketləri və “KAB-500L”, “KAB-500KR” bombaları ilə silahlana bilirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.