MiG-3 (Микоян и Гуревич МиГ-3) İkinci Dünya müharibəsi dövründə SSRİ tərəfindən istifadə olunan qırıcı təyyarə. İkinci dünya müharibəsində SSRİ tərəfinin istifadəsində olmuş birinci qırıcı təyyarə olmuşdur. MiQ-1 qırıcı təyyarəsindən yaradılmış olan uğurlu bir versiya olmuşdur. Yüksək hündürlükdə qazandığı uğurları ilə ad çıxarmışdır. İlk uçuşunu 29 oktyabr 1941-ci ildə həyata keçirmişdir. 1940–1941-ci illər arasında istehsal edilmişdir. 1945-ci ildə xidmətdən çıxarılmışdır. MiG-3, MiG-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədət hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumi olaraq 3400 MiG-1 və MiG-3 istehsal edilmişdir.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
- MiG-3 : 1007 kw gücündə Mikulin AM-35A porşen motorlu SSRİ hərbi hava qüvvələrinə məxsus olan tək pilotlu qırıcı.
- MiG-7 : Mikulin AM-37 motorlu versiyası, testləri keçməyi bacarmadığı üçün istehsalı 1941-ci ildə dayandırılmışdır.
- I-210 : Shvetsov ASh-82 radial porşenli MiG-3 prototipi (MİG-3–82 olaraq da bilinir.)
- I-211 : Shvetsov radial porşenli MiG-3 prototipi
- MiG-3U : 1007 kw gücündə Mikulin AM-35A porşen motorlu MİG-3 prototipi.
- Ekiaj: 1 nəfər
- Mühərrik: Mikulin AM-35A
- Mühərrik gücü: 1350 at gücü
- Qanad eni: 10.20 m
- Uzunluğu: 8.26 m
- Hündürlüyü: 3.50 m
- Qanad sahəsi: 17.44 m²
- Boş çəkisi: 2600 kq
- Maksimum çəkisi: (MiG-1/MiG-3)3099kq/3350 kq
- Mənzili (MiG-1/MiG-3): 550 km/820 km
- Silah təchizatı: 1 ədəd 12.7 mm-lik, 2 ədəd 7.62 mm-lik MG pulemyotu (+ MiG-3: 8 ədəd hava-yer tipli 82 mm-lik RS-82 raketləri)
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.