MiQ-29 təyyarəsinin qəzası (2008)

From Wikipedia, the free encyclopedia

MiQ-29 təyyarəsinin qəzası (2008)

MiQ-29 təyyarəsinin qəzası29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzası.

Cəld faktlar Ümumi məlumatlar, Tarix ...
MiQ-29 təyyarəsinin qəzası
Thumb
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi
Ümumi məlumatlar
Tarix
Yer Azərbaycan
Komanda 2
Ölü sayı 2
Təyyarə
Təyyarə modeli "MiQ-29"
Bağla

Hadisə

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Ə. Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun nəşini tapmaq mümkün olmayıb.[1]

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri – kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla daha dəhşətli faciənin qarşısını ala bildilər. Təyyarənin qalıqları və pilotlardan Ə. Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub, digər pilotun nəşi isə tapılmayıb.

MiQ-29 təyyarələri Rusiyada istehsal olunur. Lakin qəzaya uğrayan təyyarə Ukraynadan alınıb.[2]

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.