From Wikipedia, the free encyclopedia
Mehmet Cəmaləddin Əfəndi (1848[1][2], İstanbul, Osmanlı imperiyası – 1917[1], İsgəndəriyyə, Misir sultanlığı[d]) — Osmanlı ruhanisi, şeyxülislam və hüquqşünas.
Mehmed Cəmaləddin Əfəndi | |
---|---|
Doğum tarixi | 1848[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1917[1] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | hakim |
Vikianbarda əlaqəli mediafayllar |
Cemalledin Əfəndi 1848-ci ildə İstanbulda anadan olmuşdur[3] . Atası Şeyx Əhməd Xalid Əfəndi də hüquqşünas idi, həm qazi, həm də nazir vəzifəsini icra edirdi. Anası Kəvabibiyə ailəsindən idi və Mehmed Səid Əfəndinin qızı idi.
Cəmallədin Əfəndi Osmanlı və İslam hüququ ixtisasına yiyələnmiş və 1884-cü ildə İstanbulun qazisi olaraq Osmanlı dövlətinə xidmət etmişdir. Bundan dərhal sonra, 1888-ci ildə, Anadoluya, 1890-cı ildə isə Rumelinə Qazi təyin edilmişdir.
4 sentyabr 1891-ci ildə 43 yaşında Şeyxülislam olmuşdur. 16 il 11 ay bu vəzifəni icra etmiş və sonra növbəti dəfə qısa müddətə bu vəzifəyə təyin edlməsi səbəbindən ümumilikdə 18 ilə yaxın bir müddət bu vəzifədə qalaraq Zənbilli Əli Əfəndidən sonra tarixdə, bu vəzifəni ən uzun müddətə tutan üçüncü adam olmuşdur[4] .
Məşhur həkim və bələdiyyə başçısı Cəmil Topuzlu onun kürəkənidir. C. Əfəndi Birlik və Tərəqqi Partiyasının almanlara və müharibə tərəfdarları siyasətinə qarşı çıxdığına görə 1913-cü ildə Misirə sürgün edilmiş, 5 aprel 1917-ci ildə İskəndəriyyə yaxınlığındakı Ramleh şəhərində 79 yaşında vəfat etmişdir. Onun nəşi İstanbula gətirilərək Topkapı Sarayına qoyulmuş, sonra isə İstanbuldakı Edirnekapı şəhidlər məzarlığında dəfn edilmişdir.
1920-ci ildə İstanbulda "Xatirələri" nəşr edilmişdir. Sonralar, 1990-cı ildə "Siyasi xatirələr" adı altında Latın əlifbasında yenidən yayınlanmışdır[5] .
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.