From Wikipedia, the free encyclopedia
Mehman Dəmirli (Dəmirli Mehman Əlişah oğlu; d. 1964. Ərəbqədim, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ) — Hüquq elmləri doktoru, professor. “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Avropa İttifaqı hüququ və müqayisəli hüquqşünaslıq kafedrasının professoru.
Mehman Dəmirli | |
---|---|
Dəmirli Mehman Əlişah oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbqədim, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti |
Dəmirli Mehman Əlişah oğlu 1964-cü il yanvarın 23-də Azərbaycan Respublikası Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olub. 1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini, 1994-cü ildə isə həmin universitetin aspiranturasını (qiyabi) bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında dövlət-hüquq şöbəsində işləyib. 1994-2003-cü illərdə Bakı Dövlət Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası və Bakının digər ali məktəblərində dərs deyib. M.Dəmirli 1998-ci ildə Odessa Dövlət Hüquq Akademiyasında (indiki “Odessa Hüquq Akademiyası” Milli Universiteti) “Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövlət quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2005-ci ildə isə Yaroslav Mudrı adına Ukrayna Milli Hüquq Akademiyasında (Xarkov) “dövlət və hüquq tarixi və nəzəriyyəsi” ixtisası üzrə “Tarixi-hüquqi idrakın predmet sahəsi: ənənə və yenilənmə (epistemoloji analiz)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə ona professor adı verilib.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.