Mehman Ələkbərov

Birinci Qarabağ müharibəsi iştirakçısı From Wikipedia, the free encyclopedia

Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957[1], Kirovabad4 iyun 1993, Gəncə) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.[2]

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Mehman Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı
Atası Ələkbər Ələkbərov
Təhsili
Hərbi fəaliyyəti
Döyüşlər
Bağla

Həyatı və hərbi fəaliyyəti

Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini,[2] sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.[3]

1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov[3] batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.[2]

Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasapet, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.[2]

Thumb
Mehman Ələkbərovun qəbri

Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.[2]

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.