Amerika mərkəzli fast food şirkəti From Wikipedia, the free encyclopedia
McDonald's — 1940-cı ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. Şirkətin mənzil-qərargahı ABŞ-nin Çikaqo şəhərinin yaxınlığında, Oak Brukda yerləşir.
McDonald's | |
---|---|
Ümumi məlumatlar | |
Məhsulu | Fəstfud qidaları |
Təsis tarixi | 15 may 1940 |
Baş qərargahın yeri | San Bernardino, Kaliforniya, ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | ▲ 21.07 milyar US$ (2019) |
Xalis mənfəəti | ▲ 6.02 milyar US$ (2019) |
Əməliyyat mənfəəti | ▲ 9.07 milyar US$ (2019) |
Struktur | |
İşçi sayı | 210000 |
Rəhbərlik | |
Təsisçilər | |
McDonald's rəsmi web saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda (Kaliforniya) sürücülər üçün açdıqları kiçik restoranı[2] təkmilləşdirmək üçün yeni üsullar axtarırdılar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonald’s kimi tanıdığımız həmin şirkətin əsasını qoydu. 1950-ci illərdə Rey Krok kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna distribütoru kimi gəlirli biznes qura bildi. İlk dəfə onu San-Bernardinodakı qamburger satışı üzrə Makdonald qardaşlarının restoranına məhz Multi-Mixer-lər gətirib çıxartdı. Krok qardaşların hər ay 20.000 pay kokteyli necə sata bildiklərinin sirrini aça bilsəydi, onlara daha çox maşın sata bilərdi. Lakin, 1954-cü ildə, səhər saatlarında Makdonald qardaşlarının restoranında paketdə qamburger və kartoflar alan alıcı növbəsinin sürətlə irəliləməsini görən Krokun ağlına ancaq bir fikir gəldi: "Belə sistem hər yerdə işləyəcək.". Makdonald qardaşları bütün ölkədə özlərinin yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların frençayzinq üzrə müstəsna agenti oldu. Nəhayət, dahi ticarət agenti öz son satış məhsulunu tapdı. 1955-ci il martın 2-də Krok yeni, McDonald’s Systems, Ink adlı frençayzinq şirkətini yaratdı. Krok Makdonald qardaşlarının iş prinsipini qoruyub saxladı: məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərə özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarını da əlavə etdi. Yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik bu günədək McDonald’s-ın əsas iş prinsipləri olaraq qalır. Rey A. Krok 1961-ci ildə müsəssisənin bütün səhmlərini qurucu-səhmdarlar Dik və Mam MakDonald qardaşlarından satın alır.[3] 1965-ci ildə McDonald's restoranlar şəbəkəsininin restoranlarının sayı 700-ə çatır.[4] 2012-ci ildə McDonald’s-ın dünyanın 118 ölkəsində fəaliyyət göstərən 32 000-dən çox restoranı var və bu restoranlarda 1,5 milyondan çox əməkdaş çalışır.[5]
Azərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da ölkənin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açıldı. Hazırda Azərbaycanda 21 McDonald’s restoranı fəaliyyət göstərir. 2009-cu ildə McDonald’s Azərbaycan özünün 10 illik yubileyini təntənəli surətdə qeyd etdi. 2012-ci ildə Azərbaycandakı, Bakıdakı McDonald’s restoranlarında 700-dən çox əməkdaş çalışır.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.