Mariya Kaçinska (pol. Maria Helena Kaczyńska; 21 avqust 1942[1]10 aprel 2010, Smolensk[2]) — Polşanın birinci xanımı.

Cəld faktlar Doğum tarixi, Vəfat tarixi ...
Mariya Kaçinska
pol. Maria Kaczyńska
Thumb
Doğum tarixi 21 avqust 1942(1942-08-21)[1]
Vəfat tarixi 10 aprel 2010(2010-04-10) (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Smolenskdə təyyarə qəzası[2]
Dəfn yeri
Dəfn tarixi 18 aprel 2010[3]
Həyat yoldaşı
Uşağı 1[2]
Fəaliyyəti iqtisadçı
Partiyası
  • Hüquq və Ədalət partiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Mariya Kaçinska 1943-cü il avqustun 21-də faşist Almaniyasının işğalı altında olan Lüblin dairəsinin Maxuv kəndində doğulub. Qızlıq soyadı Matskeviçdir. Atası Çeslav və anası Lidiya Litva polyaklarındandır. Əmilərindən biri Xatın faciəsində qurban gedib.

Uşaq vaxtı valideynləri ilə birgə Polşanın Rabka-Zdruy şəhərinə köçüb, orta məktəbi orada bitirib.

Sopotda nəqliyyat və xarici ticarət iqtisadiyyatı üzrə təhsil alan Mariya 1966-cı ildə Qdansk Dəniz İnstitutunda çalışmağa başlayıb. Polşanın gələcək prezidenti Lex Kaçinski ilə 1976-cı ildə tanış olub. 1978-ci ildə onunla ailə qurub. 1980-ci ildə doğulmuş Marta adlı qızları var.

Son illər ictimai fəaliyyətlə məşğul olan Mariya Kaçinskya ingilis və fransız dillərində sərbəst danışır, ispan və rus dillərini də orta səviyyədə bilirdi.

Vəfatı

Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib[5].

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.