From Wikipedia, the free encyclopedia
Maqsud Məmməd oğlu Məmmədov (dekabr 1897, İrəvan – 5 yanvar 1938, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq maarifi komissarı, repressiya qurbanı.
Maqsud Məmmədov | |
---|---|
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi | |
1931 – 1933 | |
Azərbaycan SSR xalq maarif komissarı | |
2 fevral 1931[1] – 1931 | |
Əvvəlki | Ruhulla Axundov |
Sonrakı | Ağa Sultanov |
1929 – 1930 | |
Əvvəlki | Vladimir Yelpatyevski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1938 (40 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
Maqsud Məmmədov 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açıb. İrəvan gimnaziyasında oxuyub.[2]
Əmək fəaliyyətinə 1915-ci ildə doğulduğu şəhərdə müəllim kimi başlamışdır. 1920-ci ildən 1923-cü ilədək Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1925–1927-ci illərdə Naxçıvan MSSR Fövqəladə Xalq Maliyyə Komissarlığında çalışmış, 1929–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur.[3] 1931-ci ildə Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Elə həmin ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışmışdır.
Maqsud Məmmədov 1933–1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. Partiya işində zəngin təcrübəsini nəzərə alaraq yenidən Azərbaycan K(b)P Mərkəzi Komitəsində işləməyə dəvət etmişlər. 1936–1937-ci burada o, şöbə müdiri işləmişdir. 1937-ci il iyulun 29-dan sentyabrın 19-a qədər "Azərnəşr"in direktorunun səlahiyyətlərini icra etmişdir.
Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilmiş, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan V. İ. Leninin "Seçilmiş əsərləri"nin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunmuşdur.
1920-ci ilin sentyabrından Kommunist Partiyasının üzvü olan Maqsud Məmmədov 1925–1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930–1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931–1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilmişdir.
Repressiya qurbanlarından olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuş və güllələnmişdir. Ona 1957-ci ildə bəraət verilmişdir.
Maqsud Məmmədov İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.