From Wikipedia, the free encyclopedia
Maqneziya döyüşü - E.ə. 190-cı ildə (Bəzi tədqiqatçılara görə E.ə. 189-cu ildə) Selevkilər və müttəfiqləri ilə Roma Respublikası və Perqama krallığının orduları arasında döyüş.[4][5] Selevkilər dövlətinin ordusuna III Antiox, Roma Respublikası ordusuna konsul Lusi Kornelli Skipo və qardaşı Publi Korneli Skipo[6], Perqam krallığı ordusuna isə II Emanuel rəhbərlik edirdi. Selevkilər tərəfdə Qalatiyalılar və Kelt tayfalarıda vuruşurdu. Roma Respublikası bu döyüşdə böyük qələbə qazandı[7][8][9][10] və Selevkilərin hakimiyyəti altında olan Anadolu torpaqları Romanın əlinə keçdi. Bu döyüş barədə məlumatı Romalı tarixçi Titu Livi və Appian öz yazılarında qeyd etmişdir.
Maqneziya döyüşü | |||
---|---|---|---|
Selevkilər-Roma müharibəsi | |||
Tarix | E.ə. 190(E.ə. 189) İyun | ||
Yeri | Maqneziya (indiki Manisa), Türkiyə | ||
Nəticəsi | Roma Respublikası və Perqam krallığının qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Selevkilərin keçmiş müttəfiqi Filip E.ə. 197-ci ildə Romaya məğlub oldu. Selevki hökmdarı ona Yunanıstanı işğal etmək fürsəti verdi. Sürgündə olan Karfagenli Hannibal tərəfindən qızışdırılan III Antiox bəzi yunan dövlətlərlə razılaşaraq Yunanıstanı işğal etdi. Ancaq, bu qərarı onun çöküşünü gətirdi. Selevkilər E.ə. 191-ci ildə Fermopil döyüşü məğlub oldu və Anadoluya çəkildi.
Bir il sonra Roma Respublikası generalı konsul Lusi Korneli Skipo 30 minlik Roma ordusu Anadoluya keçdi və 50 minlik Selevki ordusunu təqib etməyə başladı. İki ordu Maqneziya yaxınlığında döyüşə başladı. Selevki hökmdarı III Antiox öz məsləhətçisi Hannibal Barcanı dinləmədi və öz taktikası ilə döyüşdə qalib gələcəyini düşündü. Roma ordusu Zama döyüşündəki taktikasından istifadə etdi. Döyüşün sonunda Selevki ordusu ağır məğlubiyyət aldı. Selevkilər Anadolu torpaqlarından geri çəkilməyə başladılar.
E.ə. 188-ci ildə Selevkilərlə Romalılar arasında Apameya sülh müqaviləsi bağlandı. Müqaviləyə əsasən:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.