Remove ads
From Wikipedia, the free encyclopedia
Mandat sistemi — Versal müqaviləsinin (1919) 22-ci maddəsinə əsasən keçmiş keçmiş alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. 1945-ci il 24 oktyabrda təsdiq olunan BMT Nizamnaməsi qüvvəyə mindikdən sonra Yalta konfransında əldə edilən razılaşmaya uyğun olaraq mandat əraziləri BMT-nin himayəndəsində olan ərazilər adlandırıldı.
Birinci Dünya müharibəsinin nəticələrinə əsasən məğlub dövlətlərin (əsasən Almaniya və Osmanlı imperiyasının) müstəmləkə əraziləri Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında qalib dövlətlər arasında bölüşdürüldü. Protektoriat hüququ almış ərazilərdən fərqli olaraq keşmiş müstəmləkələr üzərində mandat hüququ almış dövlətlər bu ərazilərdə yaşayan sakinlərə münasibətdə Millətlər Cəmiyyəti tərəfindən müəyyən edilən öhdəliklərə riayət etməli idilər, həmçinin həmin ərazilərdə qul alveri, silah və alkoqol ticarəti qadağan olunurdu. Mandat altında olan ərazilərdə hərbi baza və istehkamların tikilməsi, yerli əhalidən ibarət ordu yaradılması da qadağan olunurdu.
Mandat sisteminin yaradılması iki mərhələdə həyata keçirilirdi.
Mandat sisteminə daxil edilən ərazilər aşağıdakı sazişlər və müqavilələrlə müəyyən olunmuşdu.
Böyük Britaniya və onun dominionlarına, Fransa, Yaponiya və Belçikaya verilməsi müəyyənləşdirilmişdi. Üç mandat kateqoriyası (A, B, C) təsis edilmişdi.
Birinci kateqoriya keçmiş bölünmüş Osmanlı imperiyasının ərəb ərazilərinə tətbiq olunurdu. Ərəb xalqlarının tezliklə müstəqillik qazanmağa imkan verən inkişaf səviyyəsində olduqları qənaətinə gəlinmişdi. Bu məsələnin həlli mandat sahiblərinə həvalə edilirdi.
İkinci kateqoriyaya keçmiş Almaniya imperiyasının Mərkəzi Afrikadakı müstəmləkələri daxil idi. Onlara tezliklə müstəqillik verilməsi nəzərdə tutulmurdu.
Bu ərazilər 22 iyul 1922-ci il tarixdən mandat sisteminə daxil edilmişdir.
Əvvəllər keçmiş Almaniya müstəmləkələri olan, Birinci Dünya müharibəsinin gedişində Böyük Britaniya və Fransa tərəfindən işğal edilərək bölüşdürülən aşağıdakı ərazilər də mandat sisteminə daxil edilmişdir.
Üçüncü kateqoriyaya keçmiş Almaniya imperiyasının Sakit okean, Cənub-Qərbi və Cənub-Şərqi Afrikadakı torpaqları daxil idi. Həmin ərazilər faktiki olaraq mandatı olan dövlətlərin - Yaponiya və Böyük Britaniyanın dominionlarının - Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqının nəzarətinə keçirdi.
Almaniya Cənub-Qərbi Afrikası - mandat hüququ 17 dekabr 1920-ci ildən Cənubi Afrika İttifaqına verilmişdir, 1 oktyabr 1922-ci ildən Uolfiş-Bey şəhəri (1878-ci ildən Kap müstəmləkəsinin tərkibində olmuşdur) də bu mandat ərazisinə daxil edilmişdir. 1946-cı ildə BMT Almaniya Cənub-Qərbi Afrikası ərazisinin Cənubi Afrika İttifaqının (1961-ci ildən Cənubi Afrika Respublikası) himayəsində olmasını tanımaqdan imtina etdi. 1968-ci ildə BMT bu ərazinin Namibiya adlandırılmasını təsdiq etdi, 21 mart 1990-cı ildən oz müstəqilliyini (Uolfiş şəhəri daxil olmadan) elan etdi, 28 fevral 1994-cü il tarixdən Uolfiş şəhəri və Pinqvinlər adası Namibiyaya verilmişdir.
Видео
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.