Folklend adaları — Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır.
Folklend adaları | |||||
---|---|---|---|---|---|
ing. Falkland Islands | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Stenli | ||||
Sahəsi | |||||
• Ümumi | 12173 km² | ||||
Əhalisi | |||||
• Əhali | 2840 nəfər | ||||
• Sıxlıq | 0,23 nəf./km² | ||||
Valyuta | Folklend adaları funtu | ||||
İnternet domeni | .fk | ||||
ISO kodu | FK | ||||
BOK kodu | FLK | ||||
Telefon kodu | +500 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır.
Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər. 1764-cü ildə fransızlar Folklend adalarını müstəmləkəyə çevirmiş, 1766-cı ildə İspaniyaya satmışdır. Adalar uzun illər əldən-ələ keçib. O da məlumdur ki, bir müddət buralara fransızlar sahib çıxıblar. Onların burada elmi tədqiqatlar aparıblar.
1810-cu ildə argentinalıların əlinə keçmiş, adalar üzərində 1820-ci ildə Argentinanın suverenliyi elan edilmişdir. 1833-cü ildə isə ingilislər buraya hücum edərək arxipelaqı işğal ediblər. Birinci dünya müharibəsi illərində adanı almanlar ingilislərin əlindən almağa cəhd etsələr də, buna nail ola bilməyiblər.
Lakin Argentina uzun illərdir ki, arxipelaqı özünə qaytarmaq üçün ciddi cəhdlər göstərir. BMT-nin Baş Məclisi 1965-ci ildə qəbul etdiyi qətnamədə mübahisənin dinc yolla həllini tapmağa çağırmışdır. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlir və adaya ordu çıxarılır. Bu zaman iki dövlət arasında müharibə başlayıb. "Dəmir ledi" Marqaret Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-nin hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə düçar edib. İki aya yaxın davam edən müharibədə 649 argentinalı və 255 britaniyalı həlak olur.
Coğrafiya
Atlantik okeanının cənub-qərb hissəsində yerləşir. Arxipelaq nisbətən böyük iki adadan və 200-ə qədər xırda adadan ibarətdir. Cənubi Amerika qitəsindən 483 kilometr uzaqdadır. İki ada Şərqi Folklend və Qərbi Folklend adalarıdır. Onların arasında Folklend boğazı yerləşir. Adalar əsasən metamorfik və çökmə süxurlarından ibarətdir. Sahilləri çox girintili-çıxıntılıdır. Adaların əksər hissəsi düzənliklərdən (200 m-yə qədər) ibarətdir. Mərkəzlərində alçaq yaylalar (hündürlüyü 500–700 m) yerləşir. İqlimi - okean tipli, sərin, bərabər-rütubətlidir. Orta illik temperatur 10 °C-dən çox olmur, il ərzində 600–700 mm yağıntı düşür. Arxipelaqın çox hissəsi çəmənliklərdən və torflu bataqlıqlarla örtülüdür. Arxipelaqın çox hissəsi çəmənliklərdən və torflu bataqlıqlarla örtülüdür. Adalarda çoxlu dəniz quşlarının və Malkin adalarının şelfində neft yataqları aşkar edilmişdir. Inzibati cehetden Folklend adalari 6 iri Ada bolgusu idareciliyine bolunur.1)Folklend,2)Grand Malkin,3)Soledad,4)Cenubi Sendvic,5)Waq Ada qayaliqlar qrupu,6)Cenubi Georgiya.
İdarəçiliyi
Hazırda Folklend adaları Böyük Britaniya Krallığının rəsmi nümayəndəsi - ingilis qubernatoru tərəfindən idarə olunur.
Silahlı qüvvələr
Burada Böyük Britaniyanın hərbi-hava və hərbi-dəniz bazaları yerləşdirilib.
İqtisadiyyat
Arxipelağın əhalisi əsasən ingilislərdən və şotlandardan ibarətdir. Kənd təsərrüfatı bitkilərindən yulaf və tərəvəz becərilir.
Bu yaxınlaradək adaların təsərrüfatının əsasını ətlik-yunluq qoyunçuluq təşkil edirdi. Otlaqların sahibkarı ingilis şirkəti “Folkend aylendz kompani”yə (bütün torpaqların 1/2-dən çoxu) məxsusdur. Həmçinin nəqliyyat daşımaları da onun əlindədir. XX əsrin 80-ci illərinin ortalarından əsas gəlir mənbəyi balıqçılıq təsərrüfatı oldu, nəticədə milli gəlir üç dəfə artdı. Bir neçə kiçik yeyinti müəssisələri vardır, yun növləşdirmə fabriki fəaliyyət göstərir.
Adaların xarici ticarəti tam mənada Böyük Britaniya ilə həyata keçirilir. İxrac məhsulları: yun, dəri, ət, balina və suiti piyi; idxalı: məişət malları, maşın, avadanlıq, nəqliyyat vasitələri, yanacaq, sürtkü yağları və s-dir.
Demoqrafiya
2006-cı ilin siyahıyalınmasına görə, arxipelaqda 3140 nəfər sakin yaşayır. Onların böyük əksəriyyəti ingilislərdir.
Xarici keçidlər
- L.L. Ivanov et al. The Future of the Falkland Islands and Its People. Sofia: Manfred Wörner Foundation, 2003. 96 pp. ISBN 954-91503-1-3
- Folklend adaları üstündə mübahisə yenidən qızışır
- Graham Pascoe and Peter Pepper. Getting it right: The real history of the Falklands/Malvinas. Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine May 2008.
- D.W. Greig, Sovereignty and the Falkland Islands Crisis. Austrialian Year Book of International Law. Vol. 8 (1983). pp. 20–70. ISSN: 0084-7658
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.