From Wikipedia, the free encyclopedia
Mətanət Əzimova (azərb. Əzimova Mətanət Əlirasim qızı;) — Azərbaycan Televiziyası və Radio Verilişləri (QSC)- Radionun Proqram Direktorloğunun böyük redaktoru, "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının müəllimi, Azərbaycan Respublikasının əməkdar jurnalisti[1]
Mətanət Əzimova | |
---|---|
Mətanət Əlirasim qızı Əzimova | |
Doğum tarixi | |
Doğum yeri | Ərçivan kəndi, Astara, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Atası | Əlirasim |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalist |
Fəaliyyəti | Jurnalistika |
Fəaliyyət illəri | 1993- |
Mükafatları |
Əzimova Mətanət Əlirasim qızı 29 iyun, 1963-cü ildə müəllim ailəsində anadan olub. 1971–1981-ci illərdə Astara rayonu Ərçivan kənd orta məktəbində oxumuşdur. 1992-ci ildə Bakı Dövlət Üniversitetinin filologiya fakültəsinin tam kursunu bitirmişdir.[2]
Tələbə olduğu dövrdən Azərbaycan radiosu və televiziyası ilə müntəzəm əməkdaşlıq edib. 1993-cü ilin noyabr ayından etibarən rəsmi işçi kimi Azərbaycan Radiosu və Televiziyasında işləyir. Televiziyanın "Xəbərlər, "Səhər", "Hərbi" proqramlar redaksiyasında fəaliyyət göstərib. Radioda isə dövr üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb edən "Misri", "Ön cəbhəyə doğru", "Qan yaddaşımız" kimi verilişlərin müəllifi və aparıcısı olmuşdur. Müəllifi və aparıcısı olduğu bu verilişlərin süjet və müsahibələrini birbaşa ön cəbhədən-Qarabağdan hazırlamışdır. Eyni zamanda geniş dinləyici auditoriyasına malik "Deməsəm olmur", "Borc", "Ailə", "Dünya bir pəncərədir" və Ümummilli lider Heydər Əliyevə həsr olunan "Zamanın sahibi" adlı silsilə verilişlərin də müəllifi və aparıcısı olmuşdur. Azərbaycan Respublikasının müxtəlif qəzet və jurnallarında, ("Azərbaycan", "Ulduz", "Mübarizə", "Ədəbiyyat və incəsənət" və s.) məqalələri dərc olunub. 2006-2009-cu illərdə Beynəlxalq Azərbaycan Televiziyasında göstərdiyi fəaliyyət göstəmişdir. 2015-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində “Qarabağda görüşənədək” verilişinin müəllifi və aparıcısı olmuşdur.[3] Hazırda Azərbaycan radiosunun Proqramlar Direktorluğunun Proqram və koordinasiya şöbəsində Böyük redaktor vəzifəsində işləyir. Azərbaycan dövlətinin xarici siyasətinin prioretit istiqamətlərindən biri – xarici ölkələrdə yaşayan soydaşlarımızın diaspor və lobbiçilik fəaliyyətini işıqlandıran "Ünvanımız Azərbaycandır" verilişinin müəllifi və aparıcısıdır.[4] Dünya azərbaycanlılarının birliyi naminə Diaspor və iş üzrə Dövlət Komitəsi ilə birlikdə layihələr həyata keçirib. Bu veriliş 11 ildən çoxdur ki, Azərbaycan radiosunun efirində xüsusi yer tutmaqdadır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.