Mərcimək (Kəlbəcər)
Kəlbəcər rayonunda kənd From Wikipedia, the free encyclopedia
Kəlbəcər rayonunda kənd From Wikipedia, the free encyclopedia
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd.[1]
Mərcimək | |
---|---|
40°04′57″ şm. e. 46°20′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.599 m |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır.[2]
Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür. Mərcimək sözü də buradan yaranmışdır.
Maral yalının yurdu, Əyriburun yurdu, Binə yurdu, Qayanındibi yurdu, Qayanınboynu yurdu, Daşağıl yurdu, Uzunyal yurdu, Təpə yurd, Çınqıllı yurd, Ərəstənin yurdu, Kalvalılar yurdu, Cümşüd bəyin yurdu.
Şükün bulağı, Ağ bulaq, Armudlu bulaq, Dəmirli bulaq, Gur bulaq, Çınqıllı bulaq, Daşdançıxan bulaq, Novlu bulaq, Nəsib bəyin bulağı, Əliabbasın bulağı, Oyuğun bulağı, Şırran bulağı, Mədətin bulağı, Çay bulaq, Rəhimin bulağı, Alçalı bulaq, Uzuntala bulağı, Baldırğanlı bulaq, Ağsuyun bulağı, Zoğalölən bulaq, Əzizin bulağı, Qurdlu bulaq, Palıdlı bulaq.
Qətlağacı, Dikdaşın düzü, Yalyurd, Çiçələr, Əliabbasın yurdu, Kotanşumu, Qırmızı duzdax, Xaşdıyal, Dana güneyi, Muncuqlutəpə, Aralıq təpəsi, Maral yalı, Çaxçax, Qaban qayası, Humay qayası, Dikqaya, Göyxır qayası, Qanqallı, Gölyeri, Qoruğun düzü, Oyuğun təpəsi, Məşədi Həsənli təpəsi, Ayı gölü, Dərindərə, Acısu, Xasının yeri, Xaçın çayı, Muncuqlu çay, Bozburun, Armudlu bulaq, Uzuntala, Dəyirmanın yeri, Kalafalıq, Süleymanvurulan, Kolavat, Darı yeri, Yəhəryurd, Bərkdərə, Sarıqaya, Ağsu, Qurudərə, Aşağıki kalafalıq, Ayı palıd qıran, Nəriman ayıtdıyan, Dikqayanın güneyi, Xaşdıtala, Ortatala, Balacagüney, Güllütala, Sarıqaya, Şırran, Əzizin biçənəyi, Əzgilliyin dalı, Qaraşiş, Yemiliklik, Gərməşovluğun şişi, Şorun dərəsi. Qaradaşın dibi, Böyükquzey, Toyolan, Mamırlı, Bərk ayı zağası, Porsuq asılan, Rəhimin biçənəyi, Almalıq, Kərimin yeri.[3]
Şükün binəsi, Aşağıki binə, Binə, Qazax Alı binəsi, Nazdının güneyi binə, Baba kəndi binəsi.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.