From Wikipedia, the free encyclopedia
Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938).
Məmmədtağı Bağırov | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Digər adı | Məmməd Tağı Bağırov | ||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | (70 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | müğənni | ||
Fəaliyyət illəri | 1909-cu ildən | ||
Səs tembri | bariton | ||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır.[1] Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir.[2]
Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib.[3] Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib.[1]
Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib.[3] Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.[4]
Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa etmiş, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaratmış, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış etmişdir.[5]
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış etmiş, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa etmişdir.[5]
Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.